Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Fərid Şəfiyev BMT TŞ-nin Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı iclas çağırmasına münasibət bildirib

 

“Bu gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantıda Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət müzakirə ediləcək. Sonuncu dəfə belə bir iclas 27 il əvvəl keçirilib".

Yenixeber.org:  Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Biz neçə dəfə belə bir iclasın keçirilməsi ilə bağlı müraciət etsək də, bizə bu işlə ATƏT-in Minsk qrupunun məşğul olduğu cavabı verilirdi. Fransa çox narahatdır. Biz bunun səbəbini bilirik. Bu hadisələr göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən: "dünya 5-dən böyükdür. Onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsı var idi. Ancaq həmin qətnamələr bu qurum tərəfindən yerinə yetirilmədi. Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi”, - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam