Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

 

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, avqust ayının 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.

Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 (bir) ədəd bağlamada təxmini çəkisi 4 kq 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam