Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ucarda heroinin təsiri altında avtomobil idarə edən şəxs qəza törədib

  

Ucar rayonunda heroinin təsiri altında avtomobil idarə edən şəxs qəza törədib.

Bu barədəYenixeber.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, avqustun 21-də saat 20:00 radələrində Ucar Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Zaur Əliyevin idarə etdiyi nəqliyyat vasitəsilə qəza törətməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumatla əlaqədar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qəzanın baş verdiyi ərazidə olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı Z.Əliyevin sürücülük hüququ olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilib. Bundan əlavə sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik maddə olan heroin istifadə etdiyi məlum olub.

Z.Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və o, məhkəmənin qərarına əsasən 7 gün inzibati qaydada həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam