Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Azərbaycanda uşaq ölümlərinin qarşısının alınması üçün göstəriş verilib

 

Azərbaycanda uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi təmin ediləcək.

Yenixeber.org:  Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə bildirilib ki, uşaq ölümü (5 yaşadək uşaqlar), (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbəti 11,1-dir (2020-ci il). Uşaq ölümü üzrə müvafiq göstərici 11-dir.

Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyənləşib.

Eyni zamanda dövrün sonuna uşaqların 95%-nin peyvəndlərlə əhatə olunması planlaşdırılır. Hazırda uşaqların 87 %-i peyvəndlə əhatə olunub.

Əsas icraçı qurum Səhiyyə Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam