Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

II İlya:"Gürcüstan və Azərbaycan ağır günləri bir yerdə keçib"

 
"Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib".

Yenixeber.org: Bunu Gürcüstan Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib.

Onun sözlərinə görə, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.
Patriarx QMİ sədri ilə görüş fürsətindən şad və xoşbəxt olduğunu bildirib. O, şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.
II İlya Azərbaycanın dövlət başçısını şəxsən tanıdığını, onunla dostluq əlaqələrinin olduğunu və bir neçə dəfə görüşdüyünü böyük məmnunluqla qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam