Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

“Komando hazırlığı” kursunun növbəti buraxılış mərasimi keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq təşkil olunan “Komando hazırlığı” kurslarının bölmələrin döyüş qabiliyyətinin artırılmasında, hərbiçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində müsbət təsirindən danışılıb.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulanaraq sertifikat və beretlər təqdim olunub.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam