Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Avropanın 4 lideri Trampla müzakirə aparacaq -SƏBƏB

Donald Tramp: ABŞ İranla nüvə razılaşmasına yaxındır

Almaniya, Böyük Britaniya, Fransa və Polşa liderləri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə bazar ertəsi planlaşdırılan telefon danışığından əvvəl onunla danışmaq niyyətindədirlər.

Yenixeber.org: Bu barədə Almaniya kansleri Fridrix Mers Reuters-ə istinadla məlumat verib.

Mersin sözlərinə görə, o, artıq bu planı ABŞ dövlət katibi Marko Rubio ilə Vatikanın Papa XIV Leo ilə bağlı keçirilən inaqurasiya messasının kuluarlarında müzakirə edib.

“Marko Rubiolla, xüsusilə sabahkı danışıqla bağlı danışdım. Razılaşdıq ki, bu danışığa (Putinlə) hazırlıq çərçivəsində dörd ölkənin liderləri və ABŞ prezidentinin iştirakı ilə yenidən müzakirə aparaq,” – deyə Mers jurnalistlərə bildirib.

Almaniya kansleri, həmçinin Vatikan ziyarəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə uzunmüddətli söhbət apardığını da qeyd edib.

Qeyd edək ki, Donald Tramp dünən Vladimir Putinlə, daha sonra isə Volodimir Zelenski ilə telefon danışığı aparacağını elan edib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu “qan tökülməsinin dayandırılması” və ticarət olacaq. ABŞ prezidenti, həmçinin “bu günün məhsuldar keçəcəyinə, atəşkəsin əldə olunacağına və heç vaxt baş verməməli olan bu çox amansız müharibənin bitəcəyinə” ümid etdiyini bildirib.

Bu arada ukraynalı rəsmilər jurnalistlərə etiraf ediblər ki, yaxın gələcəkdə müharibənin başa çatacağına inanmırlar. Onların fikrincə, rusiyalıların İstanbul danışıqlarındakı davranışı Kremlin Ukraynanın suverenliyi məhv edilmədən heç bir atəşkəsə razı olmayacağını açıq şəkildə göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam