Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Yenixeber.org: Bu barədə Səudiyyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, xəstəlik Ər-Riyada krallıqdan kənardan gələn şəxsdə aşkar edilib.
O da bildirilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları xəstə ilə yaxın təmasda olanları müəyyən edə bilib və onların hamısının həkim nəzarəti altındadır.