Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ermənistanda koronavirusa yoluxanların sayı 663-ə çatıb-ARAŞDIRMA

  •  Fövqəladə vəziyyət şəraitində azad hərəkət etmə hüquqları son dərəcə məhdudlaşdırılıb

Yenixeber.org: Aprelin 1-dən Ermənistan Komendaturasının qərarı ilə, ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb.

Bu gün isə məlum oldu ki, aprelin 2-nə olan rəsmi məlumata görə, son bir sutkada daha 92 virusa toluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 663-ə çatıb.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan edilib.

Aprelin 12-nə kimi davam edəcək məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növləri və azad hərəkət etmək azadlıqlarına aiddir, Vahid İnformasiya Mərkəzi bildirir.

Yeni qərara görə, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılır, dəmiryol nəqliyyatı və taksidən başqa.

Vətəndaşların bölgələrası hərəkəti məhdudlaşdırılır. Daha 1-2 istiqamətdən başqa, ev-iş yeri marşrutunda hərəkət etmək olar.

Şəxsi minik avtomobili ilə ailə və eyni şirkət (müəssisə) üzvləri daşına bilər.

İş yerinə yollanarkən müəssisə rəhbəri tərəfindən təqdim edilmiş sənəd olmalıdır.

Telefon zəngləri və mesajların izlənməsi

armenian parliamentFotonun müəllifi: AZATUTYUN.AM
Parlament yoluxmuş və təmasda olduqları şəxslərin müəyyən edilməsi üçün telefon zəngləri və mesajların izlənilməsinə icazə verən qanun layihəsini qəbul edib

Ermənistan parlamenti çərşənbə axşamı Mənim Addımım əksəriyyət təşkil edən iqtidar fraksiyasının səsləri hesabına ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Qanun layihəsini həmin gün Prezidient Armen Sarkisyan imzası ilə təsdiqləyib.

Hökumət koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın - hərəkət etdikləri yerlər, telefon danışıqları, yazışmaları - aşkarlanmasını təklif edir.

Müxalif fraksiyalar bu qanun layihəsinin demokratiya qaydalarına zidd, insan azadlıqlarının pozulması hesab edir və vətəndaşlar haqqında toplanan şəxsi informasiyanın gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsi yaratdığını deyirlər.

Hakimiyyət məlumatın yalnız koronavirusla mübarizə üçün istifadə ediləcəyi və yoluxma təhlükəsi ləğv edildikdən sonra bütün toplanan informasiyanın ləğv ediləcəyini bildirir.

Hərəkət etmə məhdudiyyətləri

Yerevan metrosu
Bütün ictimai nəqliyyatın hərəkəti qadağan olunub

Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkət etmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulması üçün inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulur.

Ərzaq məhsulları istehsal edən və onların satış nöqtələrindən, aptek və tibb müəssisələrindən başqa bütün idarə və təşkilatlar bağlanır.

Bayırda bir yerdə 2 nəfərdən artıq toplaşmaq, taksi və fərdi avtomobildə sürücü ilə bir yerdə iki nəfərdən artıq adamın olması qadağan edilir.

Vətəndaşlar xüsusi bildiriş vərəqəsi ilə mağazaya, aptekə, ehtiyacı olana baş çəkməyə və sairə yerlərə gedə bilərlər. Bundan başqa, bayıra çıxarkən pasport və ya şəxsiyyəti təsdiq edən hər hansı sənəd də olmalıdır.

Bildiriş vərəqələri əllə yazmaq və çap etmək olar. Bildirişdə vətəndaşın adı, atasının adı və soyadı, haradan haraya, saat neçədə çıxdığı və neçədə qayıdacağı göstərilməlidir.

Bir gün sonra həkimlər və öz vəzifəsini yerinə yetirən jurnalistlər üçün hərəkət məhdudiyyətləri ləğv edilib.

Yerevan_police
Yerevanın küçələrində polis zirehli maşınları peyda olub

Fövqəladə vəziyyət şərtlərinin yerinə yetirilməsinə polis nəzarət edir. Polis istənilən şəxsi saxlayıb, sənədlərini yoxlaya və sorğu edə bilər.

Koronavirusa son yoluxma statistikası

coronavirus_armeniaFotonun müəllifiF: ACEBOOK/MİNİSTRYOFHEALTHCARE
Koronavirusla mübarizənin "ön cəbhəsində" çalışan tibb işçiləri arasında da Covid-19 virusa yoluxanlar var

Aprelin 1-nə olan məlumata görə, Ermənistanda koronavisa yoluxanların təsdiqlənmiş ümumi sayı 571-ə çatıb. Son bir sutkada 39 yeni yoluxma halı aşkarlanıb, Səhiyyə Nazirliyi Xəstəkliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi bildirir.

32 pasientin sağaldığı, 4-nün xəstəlikdən vəfat etdiyi xəbər verilir. 2704 Covid-19 virusuna keçirilən testin nəticəsi mənfi olub, yoluxma halı aşkar edilməyib.

Aprelin 1-də xəstəxanada koronavirusdan müalicə olunan 89 yaşlı pasient vəfat edib, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoğosyan Facebook statusunda qeyd edib.

Müalicə olunan pasientlərin 90 nəfərində ağciyər iltihabı aşkarlanıb, 30 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir, öz Facebook müraciətində Baş nazir Paşinyan qeyd edib.

Yoluxanların 14-ü Səhiyyə Nzirliyi Xəstəkliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin əməkdaşlarıdır.

Son məlumatlara görə, virusa yoluxanlar arasında 1 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasedici xidmətinin əməkdaşı da var. O, həyat yoldaşından yoluxub. Xilasedici ilə təmasda olan 11 FHN işçisi təcrid edilib, Yerevanda mətbuat konfransında Xilasetmə Xidmətinin rəhbəri, general-mayor Vrej Qabrielyan deyib.

Tibb işçiləri yoluxub

Yerevan_Coronavirus
Yerevan sakinləri koronavirusla mübarizə edən həkimlərə minnətdarlığını nümayiş edir. Balkonlardan asılan lövhələrdə: "Yaşasın həkimlərimiz" və "Tibb işçilərinə təşəkkür"

Covid-19 virusu üç tibb işçisində də aşkarlanıb: təcili yardım sürücüsü və həkimində, daha əvvəl isə Yerevanın Nork yoluxucu xəstəxanasının tibb bacısında.

Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə, bəzən tibb işçilərinin yoluxması qaçılmazdır. Onların virusdan qorunmaq üçün lazımınca təchiz edilməsinə baxmayaraq, onlar pasientlərlə daimi ünsiyyətdə olur və bəzən yoluxurlar, Yerevanda növbəti mətbuat konfransında Ermənistan Səhiyyə naziri deyib.

Hazırda hər üç tibb işçisi təcrid edilib və onların səhhəti və həyatına heç bir təhlükə yoxdur, Torosyan deyib.

Virus orduya müdaxilə edir

Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın Facebook səhifəsində yazısına görə, Ermənistan Silahlı Qüvvələrində rəsmən 6 hərbçinin Covid-19 virusuna yoluxduğu təsdiq edilib.

Şuşan Stepanyanın sözlərinə görə, bütün bu 6 hərbçinin yoluxma mənbəyi eynidir, hərbçilərdən biri öz həyat yoldaşından yoluxub.

Ötən həftə Ermənistan hərbi hissələrindən birində Covid-19 virusu ilə bağlı test nəticəsində 3 hərbçinin yoluxduğu aşkar olub. Bu barədə Yerevanda jurnalistlərə Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib.

Tonoyanın sözlərinə görə, daha əvvəl hərbçilərdən birinin ailə üzvündə koronavirus xəstəliyi müəyyən edilibmiş.

Sözügedən hərbçilər təcrid edilib, onların vəziyyəti məqbul qiymətləndirilir, birinin azacıq temperaturu var, nazir Tonoyan deyib.

Hərbçilərlə yaxın təmasda olan şəxslər nəzarətə alınıb, həmin hərbi hissənin daha 32 hərbçisi Covid-19 testi keçib.

Koronavirus ErmənistandaFotonun müəllifi: HAYK BAGHDASARYAN/ANADOLU AGENCY VİA 
Yerevanda Vernisaj bazarı boşdur, alıcılar gəlmir

İki həftə əvvəlki vəziyyət

Ermənistan Səhiyyə Nazirliyinin 19 mart səhər saat 9-a olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanların sayı 115 olub.

Yəni, bir sutka ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 37 nəfər (təxminən 47 faiz) artıb.

"Həkimlər bütün pasientlərin halını məqbul kimi qiymətləndirirlər. Epidemioloji analizin nəticələri göstərir ki, 99 yoluxma halı iki ilkin mənbə ilə bağlıdır", - Səhiyyə Nazirliyinin Facebook səhifəsində qeyd olunub. Bu, o deməkdir ki, əsas yoluxma mənbələri İtaliyadan gəlib oğluna nişan mərasimi keçirən eçmiadzinli qadın və adı aşkar edilməyən Yerevan müəssisələrindən birində bir neçə gün keçirmiş italiyalı mütəxəssis olub.

Daha əvvəl səhiyyə naziri Arsen Torosyan demişdi ki, yoluxma hallarının 18-i daha əvvəl təcrid edilən şəxslərdə aşkar edilib, pasientlərin 95 faizində xəstəlik əlamətləri yoxdur.

"Yəni, onların qızdırması olmayıb [karantinə yerləşdirilərkən], onlar diaqnozu təsdiqlənmiş digər şəxslərlə təmasda olub yaxud koronavirusun yayıldığı ölkələrdən gələnlərdir. İki pasientdə ağciyər iltihabı aşkar edilib, lakin, görünür, onlar da artıq sağalıblar. Karantinin əsas məqsədi infeksiyanın yayılmasını dayandırmaqdır", - nazir Torosyan Facebook-la canlı efirdə martın 17-də deyib.

Martın 17-dən Ermənistanda bir ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Aidiyyətli nazirlik və dövlət idarə nümayəndələrinin iştirakı ilə xüsusi qərargah (komendatura) yaradılıb. Komendaturaya baş nazirin birinci müavini Tiqran Avinyan rəhbərlik edir.

Vernisaj
Adətən turistlərlə dolu Vernisaj bazarında tək-tük işsiz pensiyaçılara rast gəlmək olar

Karantin müddətində bir sıra məhdudiyyətlər tətbiq edilir, o cümlədən, koronavirusla bağlı məlumat mübadiləsi sahəsində. Bu barədə istənilən məlumat fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərən Birləşmiş İnformasiya Mərkəzinin məlumatına əsaslanmalıdır.

İnformasiya mərkəzi səhiyyə və başqa nazirliklər və müxtəlif dövlət idarələri nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün hər gün mətbuat konfransı keçirir, onların suallarına əyani və interaktiv surətdə cavab verir. Mətbuat konfransı birbaşa televiziya və internet vasitəsilə yayımlanır.

Xarici ölkələrdən qayıdan Ermənistan vətəndaşları öz mənzillərində təcrid olmalıdırlar, yoluxma simptomu hiss etdikdə qaynar xətt telefon nömrəsinə zəng etməlidirlər.

Komendant Tiqran Avinyanın qərarı ilə 16 ölkə vətəndaşlarının Ermənistana girişi qadağan olunub. Həmin ölkələdən yük daşıyan sürücülərə bu məhdudiyyət şamil edilmir.

Bu ölkələrdən qayıdan Ermənistan vətəndaşları dərhal 14 günlük karantinə yerləşdirilir.

Aviasiya şirkətləri Ermənistan istiqamətində uçuşları ləğv edib

Zvartnots
Bu gün Yerevanın Zvartnots aeroportunda bu gədər adama rast gəlməzsiz. Aviasiya şirkətləri azı bir ay müddətinə fəaliyyətlərini dayandırıblar

Ermənistanda FV rejimi elan edildiyi ilə bağlı bir sıra aviaşirkət Ermənistan istiqamətində xidmətlərini müvəqqəti olaraq ləğv etdiklərini bildiriblər.

Bu siyahıya Ermənistanı və xarici ölkələri təmsil edən aviaşirkətlər daxildir.

Beləliklə, İran istiqamətində həftədə 3 uçuş edən Armenia Airways aprelin 30-dək uçuşlarını dayandırır.

Həmin şirkət mart ayının sonuna və aprel ayının ortalarına qədər Anapa istiqamətində xidmətlərini ləğv edir.

Ryanair şirkəti İtaliyanın paytaxtı və Milan şəhərinə, "Armenia" şirkəti Tbilisi və Moskva, eləcə də İsrail və Fransa istiqamətində azından aprel ayının 8-dək uçuşlarını dayandırırlar.

Bundan başqa Qatar Airways, Belavia, Ural Airways, Air Cairo, Air Arabia, LOT Polish Airlines, Middle East Airlines, Beynəlxalq Ukrayna Hava yolları, Flydubai, SkyUp Airlines, Austrian Airlines, Brussels Airlines mart ayının sonunadək öz xidmətlərini dayandırırlar.

Yaranmış vəziyyətlə bağlı Ermənistan Mülki Aviasiya Komitəsi, "ləğv etmə qrafikləri mümkün qədər yeniləməyə" çalışacağını bildirir və "daima aviaşirkətlərlə əlaqədə olmağa" çağırır, Birləşmiş İnformasiya Mərkəzinin BBC Azərbaycancaya verdiyi məlumatında deyilir.

Fövqəladə vəziyyət rejimi tətbiq edildi

Yerevan
Bir çox Yerevan sakinləri ictimai yerlərdə maska taxır

Ermənistan Hökuməti koronavirusun yayılmasının qarşısnı almaq üçün 16 mart tarixi saat 18:30-dan aprelin 14-ü saat 17:00-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmək haqqında qərar qəbul edib və onun təsdiqlənməsi üçün Milli Məclisə göndərib.

Son rəsmi məlumatlara görə, hazırda Ermənistanda 30 koronavirusa yoluxma halı qeydə alınıb, 300-dən çox insan Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilibkarantində təcrid edilib.

Martın 1-dən karantində saxlanan, İrandan gəlmiş bir nəfər Ermənistan vətəndaşının artıq sağalıb karantini tərk etdiyi xəbər verilir.

Yoluxanların əksəriyyəti İrandan və İtaliyadan qayıdan və onlarla təmasda olan Ermənistan vətəndaşlarıdır. Onların çoxu İtaliyadan gəlmiş Eçmiadzin sakini olan qadının oğlunun nişan mərasimində iştirak edənlərdir.

Hökumət qərarı, qüvvəyə minməsi üçün Milli Məclis tərəfindən təsdiqlənməlidir. İş günü başa çatsa da, Ermənistan Milli Məclisi fövqəladə rejimdə qərarı müzakirə edəcək.

Koronavirus ErmənistandaFotonun müəllifi: HAYK BAGHDASARYAN/ANADOLU AGENCY VİA 
Yerevanda Vernisaj bazarı boşdur, alıcılar gəlmir

Fövqəladə vəziyyət rejimi haqqında

FV rejiminin gerçəkləşdirilməsi üçün yaradılan komendantlığa Baş nazirin müavini Tiqran Avinyan təyin edilib.

Komendantlığa həmçinin Baş nazir Aparatının rəhbəri, fövqıladə hallar naziri, səhiyyə, maliyyə, iqtisadiyyat, ərazi idarəetmə və infrastruktur nazirləri, polis rəhbəri, Milli Təhlükəsizlik Xidməti direktoru və bir sıra başqa idarə rəhbərləri daxildir.

Uzun mübahisələrdən sonra Ermənistan Hökuməti qərara gəlib ki, ölkənin yerüstü sərhədindən Ermənistan ərazisinə daxil olmaq icazəsi ölkə vətəndaşları və onların Ermənistan vətəndaşı olmayan ailə üzvlərinə; ölkəyə rəsmi səfərlə gələn, onları müşayiət edən şəxslər, diplomatlar və onların ailə üzvlərinə verilə bilər.

Yüksək epidemioloji təhlükəli hesab edilən ölkələrdən gələn Ermənistan vətəndaşı olmayan şəxslərə (diplomatlar, beynəlxalq təşkilat nümayəndələri və onların ailə üzvlərindən başqa) Ermənistan ərazisinə daxil olmaq qadağan edilir.

Bu ölkələrdə olan Ermənistan vətəndaşları "evə" martın 17-nə kimi qayıda bilərdilər. Ondan sonra onların ölkəyə girişi qadağan olunur.

Ermənistan HökumətiFotonun müəllifi: GOV.AM
Ermənistan nazirlər kabineti ölkədə bir aylıq fövqəladə vəziyyət elan etmək qərarı qəbul edib

Ölkəyə daxil olan vətəndaşlar dərhal müayinədən keçirilir, lazım gələrsə, onlar xəstəxanaya qoyula, yaxud təcrid edilə bilər, o cümlədən, öz evində.

FV rejimi ərzində bütün uşaq bağçaları, təhsil ocaqları bağlanacaq. İctimai iaşə müəssisələri və iri alış-satış mərkəzlərinin fəaliyyəti qadağan olunur.

Mitinq, tətil və başqa 20 nəfərdən artıq insanın iştirakı ilə kütləvi tədbirlər qadağan olunur. Bütün səhiyyə müəssisələri səhiyyə nazirinin göstərişi əsasında fəaliyyət göstərməlidir.

Həmçinin, yeni yoluxma halları, xəstələrin səhhəti, yoluxma mənbəyi, yoluxan şəxslərin sayı, müayinədən keçən və təcrid edilən şəxslər haqqında və sair bu kimi məlumat dərc etmək qadağan olunur. Bu məlumat yalnız rəsmi mənbəyə - komendant tərəfindən verilən məlumata - istinadən dərc edilə bilər.

Penitensiar müəssisələrə və hərbi hissələrə baş çəkmək, bağlama ötürmək və görüşlər qadağan olunur. Hərbçilərin məzuniyətə buraxılması məhdudlaşdırıla bilər.

Əsas istehlak mallarının ixracatı (o cümlədən, Avrasiya İqtisadi İttifaqı ölkələrinə) iqtisadiyyat və səhiyyə nazirlərinin nəzarəti alrında baş tutmalıdır.

Ölkə daxilində hərəkət qadağası

EchmiadzinFotonun müəllifi: AZATUTYUN.AM
Eçmiadzin şəhərindən çıxan yollarda sərnişinlərin qızdırması ölçülür. Covid-19 virusuna yoluxanların əksəriyyəti bu şəhərdəndir

Fövqəladə rejim məhdudiyyətləri bir gün əvvəl Eçmiadzin şəhərində tətbiq edilib. Koronavirusla karantində saxlanan 30 nəfərdən 19 nəfəri bu şəhər sakinləridir.

Baş nazir Paşinyanın göstərişi ilə, bazar günündən, Eçmiadzindən çıxan 27 yoldan yalnız 3 yolu açıq olub və bu yollarda tibbi müayinə məntəqələri təşkil edilib.

Eçmiadzindən yalnız Aştarak, Masis və Yerevan istiqamətində gedən yollardan istifadə etmək olar. Şəhərin çıxışında tibb işçiləri sürücü və sərnişinlərin temperaturunu yoxlayırlar. 129 nəfərin qızdırması normadan yuxarı olub, onları evə "özünütəcrid etməyə" qaytarıblar.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam