Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

Azərbaycanda koronavirus:64 yeni yoluxma, 11 sağalma

 

 Fotonun müəllifi: AZİZ KARİMOV/GETTY IMAGES

Azərbaycanda bu gün daha 64 nəfərin COVID-19 koronavirus infeksiyasına yoluxduğu açıqlanıb.

Onlardan 3-nün vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Yenixeber.org: Nazirlər Kabineti yanında Operativ Qərargah həmçinin daha 11 nəfərin sağaldığını açıqlayıb.

Azərbaycanda ümumilikdə 273 yoluxma faktı qeydə alınıb. 4 nəfər koronavirusa görə vəfat edib və 26 nəfər sağalıb. 243 nəfərin müalicəsi isə davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına 4085 nəfər yerləşdirilib.

Ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 30 minə yaxın test aparılıb, qərargah bildirib.

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblər olduğunu açıqlayıb:

Martın 29-a olan məlumat

Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyildiyinə görə, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir, rəsmi məlumatda qeyd olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məumatında xatırladılıb ki, "infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur".

Martın 28-nə olan məlumat: daha 1 nəfər ölüb

Martın 28-nə olan məlumatda bildirilib ki, Azərbaycanda 17 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb, bununla da bu virusdan ölənlərin sayı 4-ə çatıb.

Şənbə günü ölkədə koronavirusa yoluxanların sayı 160-nəfəri keçib.

Martın 24-dən elan edilən karantin rejimi şənbə günündən etibarən daha da sərləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, vəfat edən 69 yaşlı şəxsdə ürək xəstəliklərindən əziyyət çəkirmiş, şəkərli diabeti olub.

Ondan götürülən analizdə COVİD-19 müsbət çıxıb.

Onun ailə üzvləri və ünsiyyətdə olduğu şəxslər müəyyən edilib karantinə alınır.

Operativ Qərargah bildirir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qurum onu da əlavə edib ki, indiyə kimi Azərbaycanda 25 mindən artıq insanda test aparılıb.

Hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır, qurum bəyan edib.

Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib.

Martın 27-nə olan məlumat

Martın 27-də Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 43 olub, Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb.

Ötən gün 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altında olub, onlardan 6 nəfərin vəziyyəti ağır olduğu deyilib, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilib.

Martın 27-dək koronavirusa görə ölənlərin sayı 3 nəfər olub, 15 nəfərin sağaldığı deyilib.

Ümumilikdə, CoVİD-19 infeksiyasına yoluxanların sayı martın 27-də 165 nəfər olub.

Müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görüldüyü bildirilir.

Qərargah bildirib ki, indiyədək COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Lakin, artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb.

"…Azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi" təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır."

Məlumata görə, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır.

Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.

"Tibb işçiləri qapı-qapı gəzməyəcək"

Bu həftə Azərbaycanda ərazi üzrə sahə həkimlərinin və ya tibb bacılarının ev-ev gəzərək qeydiyyat apardıqları və sakinlərin hərarətini ölçmələri barədə məlumatlar barədə BBC News Azərbaycancaya məlumat daxil olub.

TƏBİB-dən bildirilib ki, Azərbaycanda tibb işçiləri sakinlərin vəziyyətini telefonla yoxlayacaqlar.

Bundan başqa, sosial mediada bəzi istifadəçilər bunun həmin işçilər üçün nə dərəcədə təhlükəsiz olmalarını sorğulayıb.

TƏBİB-dən verilən məlumata görə, həmin işçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq olmayıb. "Onların maskaları olub", qurum bildirib.

Qurum daha ətraflı məlumat veriləcəyini qeyd edib.

Hər gün neçə yeni yoluxma halı var?

Bazar ertəsi günü koronavirus infeksiyasına 7 yoluxma faktı qeydə alınıb.

Bazar günü 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Həmin məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

"Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır", qurumdan bildirilib.

Nazirlər Kabineti yanında operativ qərargah bir daha xatırladıb ki, "vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur".

Martın 21-də koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb.

Martın 19-da Azərbaycanda 10 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Qərargahın cümə axşamı günü verdiyi məlumatda deyilib ki, infeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar.

Martın 18-də Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirusa yoluxmuş şəxslərdən 4-nün sağaldığını bildirmişdi.

Azərbaycanda koronavirusFotonun müəllifi: GETTY IMAGES

Qərargah martın 17-si axşam saatlarında daha 6 nəfərin bu infeksiyaya yoluxduğunu bildirib.

Çərşənbə axşamı səhəri isə 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındığı bildirilmişdi.

Matın 15-də Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahın məlumatında həmin şəxslərin də səhhətlərinin stabil olduğu deyilirdi.

İndiyədək 11 nəfər "sağalıb"

Rəsmi qurumlara əsasən, martın 21-nə olan məlumata görə, Azərbaycanda koronavirusdan 11 nəfər sağalıb, bir nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı martın 21-də deyib ki, həmin tarixədək xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb.

"Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb", Ramin Bayramlı deyib.

Martın 14-ü yayılan məlumata görə, Covid-19-dan müalicə olunan daha üç nəfər sağalaraq evə buraxılıb. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək qeydə alınan yoluxma hadisələri barədə müntəzəm xəbər verilsə də, onların ümumi sayı haqqında rəsmi rəqəm elan olunmamışdır.

Bu həftə Azərbaycanda koronavirusla bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş daha bir nəfərin "stabil ağır" vəziyyətdə olduğu bildirilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Neftçi fəaliyyətini dayandırıb

Azərbaycanda koronavirusla bağlı "sosial izolyasiya" tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınır və ya ləğv olunur. Şənbə günü qüvvəyə minən qərar ardınca onun icrası ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Martın 14-də Neftçi futbol klubu öz fəaliyyətinin dayandırılması barədə açıqlama verib.

"Neftçi PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb", - klubun saytında bildirilir.

Müvafiq tədbirlər barədə Müdafiə nazirliyi də xəbər yayıb. Məlumata əsasən, Müdafiə nazirliyində keçirilən müşavirədə kütləvi tədbirlərin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə göstəriş verilib.

Martın 15-dən 19-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri məhdud fəaliyyət göstərəcək, xidmətin saytında bildirilir.(BBC)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam