Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb

  

Xaçmaz  Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Nadir Şeydayev saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan və evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 2029 manat (ümumi dəyəri 1200 manatdan çox olan bal arısı yeşikləri, 650 manat dəyərində fındıq və 179 manat dəyərində kərə yağı)  zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam