Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Balina piyi necə “kərə yağı” olur? - Bakıda

Balina piyi Bakıda necə “kərə yağı” olur...

 

Ekspert keyfiyyətli məhsulu tanımağın sadə üsullarını sadaladı

 

Xeberinfo.com:   Kərə yağları azərbaycanlıların qida rasionunun vazkeçilməzi hesab edilir. Əksəriyyət kərə yağlarından yalnız səhər yeməyində deyil, həm də bütün yeməklərin hazırlanmasında istifadə edir. Bəs istifadə etdiyimiz yağların tərkibi nə dərəcədə təmizdir?
 
Heç kimə sirr deyil ki, mətbuatda məhz kərə yağlarının keyfiyyəti məsələsi tez-tez gündəmə gətirilir və müzakirə mövzusu olur. Satışda olan yağların əsl kərə yağı olmadığı, bu yağların heyvanların iç piyi və bitkilərdən, həmçinin kimyəvi maddələrdən hazırlandığı iddia edilir. Mütəxəssislər 1 kiloqram kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac olduğunu bildirirlər. Südün topdansatış bazar qiyməti isə 40 qəpikdən az deyil. Bu halda 1 kiloqram kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma, satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, onun 1 kiloqramı 7 manatdan aşağı ola bilməz. Ancaq Azərbaycan bazarında 3-5 manata kərə yağları satılır. Təəccüblüsü odur ki, 3 manata satılan bu yağların alıcıları kifayət qədərdir. Bu yağların üzərinə “Moskva” və ya “Rusiya” yazılır. Təbii ki, 3 manata satılan yağların doğrudan da Rusiya istehsalı olması inandırıcı deyil. Çünki satışda olan qiymət yağın heç Azərbaycana idxalına çəkilən xərci ödəmir. Ümumiyyətlə, Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. 
Mağazalarda kərə yağlarının qiymətləri ilə tanış olmaq, həmçinin əhalinin daha çox hansı kərə yağlarına üstünlük verdiyini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Mağazalarda istənilən qiymətə kərə yağı tapmaq mümkündür. Ən ucuz kərə yağları 3 manata satılır. Bu yağların Rusiya istehsalı olduğu deyilsə də, mağazalarda bunu təsdiq edəcək heç bir yazıya, sertifikata rast gəlmədik. Bir çox yağların üzərinə rus adları yazmaqla istehlakçıları yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışsalar da, yağın üzərindəki çox kiçik hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda yağın əslində Azərbaycan istehsalı olduğu anlaşılır. Ucuz qiymətə satılan bu yağların tərkibinin əsas hissəsi trans, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətri alınır. Apardığımız sorğu zamanı məlum oldu ki, əhalinin daha çox üstünlük verdiyi kərə yağları “Ankor” və “Vestgold” yağlarıdır. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yağların içinə balina yağı və heyvanların iç piyinin qatıldığını dedi: “Çox təəssüf ki, ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən ”Toplyonoye maslo", "Novvejskoye maslo" olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli «Fazil» firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Kərə yağı ilə bağlı bu çətinlik məni beynəlxalq konfransa gedən zaman Yeni Zelandiyadan Azərbaycana gətirilən kərə yağı zavodunda olmağa məcbur etdi. Mən Yeni Zelandiyada istehsal edilib Azərbaycana göndərilən kərə yağının monitorinqini apardım. Məlum oldu ki, orda Azərbaycan dilində etiketlənir və təmiz süddən hazırlanıb, heç bir qatqı olmadan Azərbaycana kərə yağı göndərilir. Onu da qeyd edim ki, kərə yağı bazarı kifayət qədər kirlənmiş vəziyyətdədir. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Məsələn, mən “Vestgold” yağını istehsal edən zavodda oldum və oranın iqtisadiyyat naziri ilə bizim telefon söhbətimiz oldu, müəyyən informasiyalar əldə etdim. Yeni Zelandiyadan Azərbaycana normal, təmiz kərə yağı göndərilir. Mən fikirləşirəm ki, digər zavodlarda da olub monitorinqlər aparmalıyıq".
 
Keyfiyyətli kərə yağını necə tanımağın yollarından danışan qurum sədri kərə yağının rənginin açıq sümük rəngində olmalı olduğunu dedi: “Kərə yağı tünd sarı rəngdə olmamalıdır. Kərə yağını kəsəndə eyni rəngli qatlar görünməlidir. Normal kərə yağı ilə qatqılı kərə yağını dükanda bu cür ayırd etmək olar. Yaxınlaşsınlar mağazada yağ bölməsinə. Görəcəklər ki, bütün yağlar eyni temperaturda qoyulub. Sıxıb baxsınlar. Hansı yağ bərkdirsə, o təmiz kərə yağıdır. Hansı yağ eyni temperaturda olmasına baxmayaraq boşdursa, o təmiz kərə yağı deyil. Əsl kərə yağı kəsiləndə parçalanıb tökülməlidir, səlis kəsilməməlidir. Ona görə də kərə yağının donma temperaturu daha azdır, nəinki qatqılı yağlar. Kərə yağlarının qatqılı olub-olmamasını o cür yoxlamaq olar. Kərə yağını əritməklə, onun qoxusu ilə də bunu ayırd etmək olur. Amma dükandan alarkən yuxarıda sadaladığım formada yoxlaya bilərlər. Azərbaycanda ”Səba" firması, “Səhliyalı” və bir neçə firma kərə yağı istehsal edir. Bir dəfə “Azərsun” bizi istehsalçı təşkilat olaraq çağırıb yağlarına baxmağa. Onlar Zelandiyadan gətirdikləri yağı nümayiş etdiriblər ki, bu da normal idi. Ancaq digər zavodlarda olmamışıq. Qəzet vasitəsilə onu da deyim ki, rayonlardan xüsusilə qatar vasitəsilə gələn camış yağı adı ilə satılan ağ yağlar çox şübhəli yağlardır. Onların tərkibinə əksər hallarda marqarinlər və bitki yağları qarışdırılır. Bu qarışımlar birbaşa nehrədə qarışdırılır. Əhali əldə satılan ağ yağların təmiz yağ olmasına aldanmasın".(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam