Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Azərbaycanda kərə yağı problemi- Səbəb nədir?

Azərbaycanda kərə yağı problemi

 

Yenixeber.org: Azərbaycanda ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə  27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub.

Bu ilin analoji dövründə isə 32,688.14 dollarlıq 7,767.35 ton kərə idxal edilib. Mütəxəssislər istehsalın getdikcə azalacağını, süd və süd məhsullarının, o cümlədən kərə yağının qiymətinin bahalaşacağını proqnozlaşdırırlar.
 
Qida rasionu normalarına görə, gün ərzində hər kəs 12,8 qram kərə yağı istehlak edir. Bitki yağında bu göstərici 22,1 qram, marqarində isə 5,8 qramdır. Respublika üzrə ildə 52 min tona qədər kərə yağı istehsal olunur. Mütəxəssislər bildirir ki, bir kiloqram kərə yağı istehsalı üçün 22 litr süd lazımdır. Ona görə də kərə yağı istehsalının artırılması əlverişli hesab olunmur.
 
Yenixeber.org xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a deyib ki, Azərbaycanda kərə yağının istehsalnın azalmasından söhbət gedə bilməz:
 
“Bildiyiniz kimi yağın istehsalı üçün xammal süddür. Ölkəmizdə 2015-ci ildə 1924, 4 min ton, 2016-cı ildə 2009,9 min ton süd istehsal edilib. İstehsalın bir il ərzində 4. 4 faiz artımı çox böyük irəliləyişdir. Son dövrlərdə mətbəximizdə heyvan mənşəli yağlara meyllilik azalıb. Əhali daha çox bitki mənşəli yağlara üstünlük verir. Ancaq kərə yağı öz aktuallığını yenə də saxlayır. Azərbaycanın kərə yağı ilə özünü təmin etmək səviyyəsi 70 faizdən yüksəkdir. Bu rəqəm ilbəil 8 faiz ətrafında artır. Süd məhsulu artırsa, deməli kərə yağı istehsalı da artır. Amma nə qədər kərə yağı istehsal olunması bazarın tələbindən asılıdır. Biz özümüzü 70 faiz yağla təmin etsək belə, xaricdən idxal olacaq. Çünki bu, istehlakçıların tələbindən asılıdır”.
 

Nazirlik rəsmisi bildirib ki, süd fabriklərimiz “Milla”, “Milk-PRO”, “Atena” yerli kərə yağı istehsal edir: “Bizim əsas hədəfimiz süd istehsalının artımına nail olmaqdır. Süd varsa kərə yağı da, kəsmik də, xama da, yoqurt da istehsal olunacaq”.
 
“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, kərə yağının istehsalı və keyfiyyəti ilə bağlı mütəmadi olaraq şikayətlər alır: “Onlar əridilən kərə yağının suyunun çox olduğunu, hazırlanan yeməklərdən xoşagəlməz dad və qoxu gəldiyini bildirirlər. Ölkədə kərə yağını yaxşı analiz edən tədqiqat aparılmayıb. Bazarda təxminən 30 növə qədər kərə yağı satılır. Bitki yağlarında olduğu kimi, kərə yağı bazarı da çirklənib. İstehlakçıların çoxsaylı zənglərinə görə iki il əvvəl Yeni Zelandiyada keçirilən dünya konqresində iştirak etdim. Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır.
 
Heç bir qatqı qarışdırılmadığını gözümlə gördüm. Bundan sonra həmin ölkədən gələn yağların keyfiyyətinə inamım artdı. Lakin bununla bərabər, Azərbaycanın əmtəə bazarında Yeni Zelandiyadan başqa yağlar da satılır. Yağların 60 faizə qədəri təmiz kərə yağı deyil, bitki və marqarin yağlarının qarışıqlardır”.
  
Hüquq müdafiəçisi əsl kərə yağını müəyyən etməyin yollarını da açıqlayıb: “Kərə yağını əlinizdə sıxın. Əgər soyuq temperaturda çox bərkdirsə, yaxud bıçaq vurulduğu zaman ovulursa, bu, təmiz kərə yağıdır.
 
Qarışıq kərə yağları rahat şəkildə, ovulmadan kəsilir. Yəni yerdə qalan yağlar orqanizm üçün tam zərərlidir demək doğru deyil. Sadəcə istehlakçı aldığı yağın tərkibini bilməlidir. Əgər qatqı varsa, mütləq yağın üzərində qeyd edilməlidir. Təmiz kərə yağı açıq sümük rəngində olmalıdır.

Əgər eyni tavaya kərə yağı və digər yağı atsanız görərsiniz ki, kərə yağının ərimə temperaturu insan bədəni temperaturundadır.
Ona görə də digər yağlara nisbətən tez əriyir. Yeni Zelandiyada olarkən qiymət məsələsinə toxundum. Məlum oldu ki, Azərbaycana kərə yağı göndərən zavod 1 sutkada 3, 5 milyon litr süd emal edir. Ölkənin kərə yağından olan gəliri 12 milyard dollardır. İstehsal böyük miqdarda olduğu üçün idxal əlverişlidir.
 
Hazırda “Azad İstehlakçılar Birliyi” xaricdən yeni bir avadanlıq əldə etmək üzrədir. Kərə yağlarının tərkibini araşdırmaq üçün analizlər edəcəyik. Bu məsələlər bizim diqqətimizdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam