Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Deputat:"Bu gün evlənən 100 nəfərdən 35-i boşanır"

 

"Bu gün evlənən 100 nəfərdən 35-i boşanır".

Yenixeber.org: Bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, əvvəllər boşanmaların sayı belə deyildi: "Ağsaqqallarımız, ağbirçəklərimiz qızlarına deyirdilər ki, ailə qurduğun evdə get xoşbəxt ol, orada da ömrünün sonuna qədər yaşa. Oğlanlara isə deyirdilər ki, ailə qurduğun xanım sənin namusundu, qeyrətindi. Bu gün narkomaniyaya bulaşan gənclərimiz də var. Onların da qarşısı alınmalıdır”.

"Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu gün biz fəxrlə deyə bilərik ki, regionda elə bir məsələ yoxdur ki, bizim iştirakımız olmadan həll edilsin", - deputat bildirib.

E.Quliyev vurğulayıb ki, erməni vandalları azad edilən ərazilərimizdə bir meşə, ev qoymayıblar, 500 mindən çox mina basdırıblar: “Bu gün həmin ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Əminəm ki, bu il vətəndaşlarımız öz dədə-baba yurduna qayıdacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam