Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür

 

Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Yenixeber.org-un məlumatına görə, yağıntılı hava şəraiti ilə əlaqədar Qudyalçayda suyun səviyyəsinin qalxması Xaçmazın Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaradıb.

Sel sularının artması nəticəsində evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinin sözlərinə görə, yerli qurumlar tərəfindən çadırlarla təmin olunublar, çıxara bildikləri ev əşyalarını isə qohumlarının evlərinə daşıyıblar.

Evi qəzalı vəziyyətə düşən Valeh Babayev deyib ki, əvvəlki yaşayışlarına qayıtmaq üçün onlara kifayət qədər vaxt və maddi vəsait lazım olacaq:

“Evi artıq təzədən tikməliyik. Sel evin altını, bünövrəsini yuyub aparıb, dam örtüyü də sınıq-sınıq olub. Evin divarları çat verib. İndi qapısı olmayan, kilidi işləməyən çadırda qalırıq. Məktəbli uşaqlarımla soyuq çadırda gecələməli oluruq. Köməyə ehtiyacımız var”.

Kənd sakini Fikrət Əliyev də seldən zərər çəkən sakinlərdəndir. Dediyinə görə, evinin əşyalarını qohumunun kirayə qaldığı evə yerləşdirib:

“Sel suları bağçamıza, evimizin içinə doldu. Evin divarları çatlayıb, qapını sel aparıb. Hər yeri su basıb, çölə çıxa bilmirik. Heç olmasa, hərəkət etməyimizə imkan yaradılsın”.

Bundan başqa, Xaspoladoba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Qaracəlli, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə etməli olurlar.

Kənd sakini Sabir Əmrahov bildirib ki, körpüdən istifadənin mümkün olmaması təsərrüfat işlərinə mənfi təsir göstərir:

“Körpünün qəzalı vəziyyətə düşməsi işimizi çox çətinləşdirib. Təsərrüfat mövsümüdür, əkin-biçinimiz var. Traktoru, kombaynı sahələrə necə keçirək? Uşaqlarmız məktəbə bu körpüdən keçərək gedirdilər. Bu şəraitdə iki kilometr yolu getməkdən ötrü on beş kilometr məsafə qət etməyə məcbur oluruq”.

Bəhs olunan məsələ ilə bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu "Report"un yerli bürosuna bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır:

“Ümumilikdə rayonun 6 inzibati ərazi vahidliyində 365 hektar kənd təsərrüfatlı torpaqlarını sel suları basıb.

Eyni zamanda, sel sularından zərər çəkmiş 98 ev və həyətyanı sahələrə də baxış keçirilib. Körpülərə gəldikdə isə hərəkət təhlükəsizlik baxımından müvəqqəti olaraq məhdudlaşdırılıb.

Fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam