Yenixeber.org: Yaxın zamanda yekunlaşacaq layihə çərçivəsində “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra olunub. Eyni zamanda, tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə gətirilib, UI/UX dizayn elementləri yekunlaşdırılıb. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq hədəfə doğru davamlı irəliləyiş təmin olunub.
Qeyd edək ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə “Nar”ın da qoşulması onun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli gəlir. Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.