Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir

media-944b4a23-e3bb-436b-8a57-4b4cd5cc87ba

Burun çəpər əyriliyindən əziyyət çəkən vətəndaş estetik əməliyyatdan sonra səhhətində yaranan ciddi problemlərin məsuliyyətinin əməliyyatı həyata keçirən həkimdə olduğunu iddia edir.

Yenixeber.org: Samir Salmanov adlı vətəndaş təxminən il yarım bundan əvvəl həm tənəffüs problemləri, həm də estetik görünüş səbəbilə “Berlin” klinikasına müraciət edib.

Onun sözlərinə görə, əməliyyatı icra edən həkim Bariz Zeynalov müayinə zamanı qan analizlərində mikrob aşkarlasa da, bu riski nəzərə almadan əməliyyatdan imtina etməyib və 1200 manat müqabilində burun estetik cərrahiyyəsini həyata keçirib.

Lakin Samir Salmanov iddia edir ki, əməliyyatdan sonra burnunda yaranan problemlərlə bağlı Bariz Zeynalova müraciət etsə də, o burnundakı ağırlaşmaların sadəcə il yarımdan sonra keçəcəyini deyərək məsuliyyəti öz üzərindən atıb.

Samir Salmanov daha sonra digər estetik mərkəzlərə də üz tutub. Müayinələr zamanı məlum olub ki, nə burun çəpəri düzgün düzəldilib, nə də estetik nəticə qənaətbəxşdir. Hətta mütəxəssislər əməliyyatdan öncə qanda mikrob olduğu halda bu cür cərrahiyyənin ümumiyyətlə aparılmamalı olduğunun vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, Samir Salmanov hazırda burnundakı problemlər səbəbilə normal şəkildə nəfəs ala bilmədiyini, bu vəziyyətin isə ürək fəaliyyətinə və baş ağrılarına mənfi təsir etdiyini bildirir. O, səhhətində yaranan ağır fəsadlara görə aidiyyəti qurumlardan həkim Bariz Zeynalov barəsində lazımi tədbirin görülməsini tələb edir. Vətəndaşın sözünə görə, bu cür hallara qarşı vaxtında tədbir götürülməzsə, digər insanları da eyni aqibət gözləyə bilər.(patrulaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam