Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bizi Firdovsi​ Əliyevin​ ​ zülmündən​ xilas​ edin -ŞOK GƏLIŞMƏ

 


 Yenixeber.org:Yardımlı rayonundan redaksiyamıza olduqca ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbənin bizə göndərdiyi yazını olduğu kimi oxucuların diqqətinə təqdim edirik:

''Bildirirəm​ ki,​ bu​ gün​ Yardımlı​ meşə​ mühafizə​ işçilərini​ ixtisara​ salaraq​ işdən​ çıxarmaq​ və​ beləliklə​ də​ rayonumuzun​ təbii​ sərvəti​ olan​ meşələri​ məhv​ etmək​ istəyirlər. Bu​ məqsədli​ şəkildə​ və​ Yardımlı​ rayonuna​ qarşı​ olan​ xain​ bir​ plandır. Məlumat​ üçün​ bildirirəm​ ki,​ Ekologiya​ və​ Təbii​ Sərvətlər​ Naziri​ Cənab​ Muxtar​ Babayevin​ əmri​ ilə​ 2018-ci​ ildə​ Yardımlı,​ Masallı​ və​ Cəlilabad​ Meşə​ Mühafizəsi​ və​ Bərpası​ Müəssisələri​ birləşdirirlərək​ Masallı​ Regional​ Meşə​ Təsərrüfatı​ Mərkəzi​ yaradıldı. Yarandığı​ ilk​ vaxtlarda​ rayonlar​ arasında​ heç​ bir​ ayrıseçkilik​ olmasa​ da​ 2019-cu​ ildə​ əslən​ Masallı​ rayonundan​ olan​ Ağaqardaş​ Qaraşov​ Meşələrin​ ​ İnkişafı​ Departamentinin​ direktoru​ təyin​ olunandan​ sonra​ bütün​ bu​ qanunsuzluqlar​ baş​ qaldırdı. Cəlilabad​ və​ Yardımlı​ rayonlarından​ olan​ ​ işçilərə​ qarşı​ ayrıseçkilik​ yarandı.​ Bu​ rayonların​ meşələrinə​ qarşı​ sanki​ ​ düşmən​ münasibəti​ hökm​ sürdü.​ Məqsəd​ əsasən​ Yardımlı​ rayonunun​ ​ meşələrində​ olan​ dədə,​ babalarımızdan​ bizim​ dövrümüzə​ qədər​ gəlib​ çıxan​ qiymətli​ ağac​ növlərini​ kəsərək​ Ağaqardaş​ Qaraşovun​ Masallı​ rayonunda​ olan​ sexlərinə​ verilməsi​ idi.​ Lakin​ Yardımlı​ rayonundan​ olan meşə​ işçilərinin​ bəzilərinin​ ​ etiraz​ etməsindən​ və​ meşələrimizdə​ ağacların​ qanunsuz​ şəkildə​ kəsilməsinə​ imkan​ verməməsi​ üçün​ onlar​ bu​ məqsədlərinə​ nail​ ola​ bilmədilər. Lakin​ Ağaqardaş​ Qaraşov​ hər​ vasitə​ ilə​ Yardımlı​ işçilərinə​ təzyiq​ göstərməyə​ başladı.​ Ağaqardaş​ Qaraşov​ Meşələrin​ İnkişafı​ Departamentinin​ direktoru​ təyin​ olunan​ kimi​ özünə​ sadiq​ adamları​ respublikanın​ müxtəlif​ bölgələrinə​ rəhbər​ şəxslər​ təyin​ etdiyi​ kimi​ Masallı​ Regional​ Meşə​ Təsərrüfatı​ Mərkəzinə​ də​ ​ direktor​ müavini​ əslən​ Yardımlı​ rayonunun​ Bozayran​ kəndindən​ olan ​ ​ Babayev​ Umud​ Dədəkişi​ oğlunu​ təyin​ etdirdi. Bu​ vaxta​ kimi​ Umud​ Babayev​ Meşələrin​ İnkişafı​ Departamentində​ işləyirdi. Umud​ ​ Babayev​ də​ direktor​ müavini​ təyin​ olunduğu​ gündən​ elə​ doğma​ eli​ olan​ Yardımlı rayonunun ​ meşələrinə​ və​ meşə​ işçilərinə​ ​ düşmən​ münasibət​ bəslədi.​ Amma​ ​ Masallı​ işçilərinə​ yaltağlanmağa​ başladı. Bu​ hadisələr​ bütün​ işçilərin​ gözü​ önündə​ baş​ vermişdir.​ Umud​ Babayev​ işlətdiyi​ 050​ 393-80-16​ nömrəli​ mobil​ telefonla​ başladı​ Yardımlı​ işçilərinə​ zəng​ edərək min-bir​ bəhanə​ ilə​ ​ hədə-qorxu​ gəlməklə​ onlardan​ rüşvət​ yığmağa. Umud​ Babayev​ bu​ günə​ kimi də​ ​ öz​ himayədarı​ Ağaqardaş​ Qaraşova​ qarşı​ öz​ sadiqliyini​ qoruyub​ saxlamaqla,​ Yardımlı​ meşələrinə​ və​ meşə​ işçilərinə​ qarşı​ öz​ xain​ planlarını​ həyata​ keçirməyə​ çalışır.​ Sanki,​ Yardımlı​ işçiləri​ kimsəsizdir​ və ya​ Yardımlı​ rayonu​ sahibsizdir. O,​ hələdə​ inanır​ ki,​ öz​ xain​ əməlini​ həyata​ keçirə​ biləcək. Son​ vaxt,​ təxmiynən​ 2020-ci​ ilin​ yanvar​ ayının​ axırlarında​ Ağaqardaş​ Qaraşov​ ​ Masallı​ rayonunun​ Qəriblər​ kəndindən​ olan​ İmamyarov​ Elsevər​ İsfəndiyar​ oğlunu​ Masallı​ Regional​ Meşə​ Təsərrüfatına​ direktor​ təyin​ etdirib.​ Elsevər​ İmamyarov​ bu​ vaxta​ qədər​ meşə​ sahəsində​ çalışmayıb​ və​ ümumiyyətlə​ meşə​ sahəsindən​ xəbəri​ belə​ yoxdur.​ Elsevər​ İmamyarov​ ​ bundan​ əvvəl​ Masallı​ Məşğulluq​ Mərkəzinin​ direktoru​ işləyib​ və​ küllü​ miqdarda​ rüşvət​ alma​ qalmaqalı​ ilə​ işdən​ azad​ edilib.​ Bu​ barədə​ internet​ xəbər​ saytlarında​ məlumat​ vardır. Elsevər​ İmamyarovun​ atası​ İsfəndiyar​ kişinin​ isə​ Masallı​ rayonunda​ ağac​ emalı​ sexi​ olub. Meşələrdən​ ağaclar​ kəsilərək​ burada​ emal​ olunub.​ Düzdür​ gərək​ nə​ isə​ danışanda​ haqqlı-ədalətli​ danışasan.​ Masallı​ RMTM-nin​ direktoru​ Elsevər​ İmamyarov​ alicənab​ adamdır. Amma​ meşə​ sahəsindən​ heç​ bir​ məlumatı​ yoxdur. Ona​ görə​ də​ Ağaqardaş​ Qaraşov​ Umud​ Babayevə​ tapşırıb​ ki,​ bütün​ meşə​ işlərini​ ona​ öyrətsin. Umud​ Babayevdə​ canla,​ başla​ bu​ işləri​ həyata​ keçirir.​ Amma​ bizi​ başqa​ bir​ sual​ maraqlandırır. Bu​ Elsevər​ İmamyarovu​ direktor​ təyin​ edəndə​ niyə​ Nazirlik​ araşdırmayıb​ ki,​ bu​ adamın​ meşə​ sahəsindən​ xəbəri​ vardır​ yoxsa​ yox.​ Bu​ adam​ işləyə​ bilərmi?​ Bu​ adamın​ Regiona​ direktor​ təyin​ olunması​ 3 (üç)​ rayonun​ meşələrinin​ məhvinə​ gətirib​ çıxara​ bilərmi? İnternet​ xəbər​ saytlarında​ yazılıb​ ki,​ Ağaqardaş​ Qaraşov​ Elsevər​ İmamyarovdan​ 80000​ (səksən​ min)​ manat​ rüşvət​ alaraq​ onu​ Masallı​ RMTM-nə​ direktor​ təyin​ edib. Bunun​ nə ​ dərəcədə​ doğru​ olub-olmadığı​ isə​ bizə​ məlum​ deyil. Çünki​ əlimizdə​ sübut​ yoxdur.

​ ​ ​ ​ ​ ​ Elsevər​ İmamyarov​ Masallı​ RMTM-nə​ direktor​ təyin​ olunandan​ sonra​ direktor​ müavini​ başlayıb​ yarımçıq​ qalmış​ planlarını​ həyata​ keçirməyə. Yəni​ Cəlilabad​ və​ Yardımlı​ meşə​ işçilərindən​ onların​ qanunsuz​ işlərinə​ mane​ olanları​ ixtisara​ salaraq​ işdən​ azad​ etmək​ və​ bununla​ da​ bu​ rayonların​ meşələrini​ məhv​ etməyə. Bunun​ üçün​ ​ ​ Umud​ Babayev​ yeni​ ştat​ cədvəli​ tərtib​ edib​ və​ həmin​ tərtib​ edilmiş​ ştat​ cədvəli​ Meşələrin​ İnkişafı​ Departamentinin​ direktoru​ Ağaqardaş​ ​ Qaraşovun​ vasitəsilə​ Nazir​ müavini​ Firdovsi​ Əliyev​ tərəfindən​ təsdiq​ edilib. Həmin​ ştat​ cədvəli​ birbaşa​ Cəlilabad​ və​ Yardımlı​ rayonlarının​ meşələrinin​ məhvinə​ və​ meşə​ işçilərinin əksəriyyətinin​ ​ qanunsuz​ olaraq​ ​ ​ ixtisara​ salınaraq​ ​ işdən​ azad​ edilməsinə​ yönəlib.​ Həmin​ ştat​ cədvəlində​ rayonlar​ üzrə​ ayrıseçkilik​ açıq-aydın​ müşahidə​ olunur. Məsələn:​ Yardımlı​ rayonunun ümumi​ meşə​ ərazisi​ təxmiynən 21000,00​ (iyirmi​ bir​ min)​ hektardır.​ Yardımlı​ rayonu​ üzrə​ 3 (üç)​ meşəbəylik,​ 19​ (on​ doqquz)​ meşə​ dolayı​ var. Amma​ Masallı​ rayonun​ ümumi​ meşə​ ərazisi​ ​ təxmiynən​ 10000,00​ (on​ min)​ hektardır. Masallı​ rayonu​ üzrə​ ​ isə​ 3 (üç)​ meşəbəylik,​ ​ təxmiynən​ 29​ (iyirmi​ doqquz)​ meşə​ gözətçisi​ var.​ Buradan​ açıq​ aydın​ görünür​ ki,​ Masallı​ rayonunda​ ​ bir​ meşə​ gözətçisi​ təxmiynən​ 300,00​ -400,00​ (üç​ yüz​ və​ ya​ dörd​ yüz)​ hektarı​ mühafizə​ edir.​ Hələ​ 100,00​ (bir​ yüz)​ hektarı​ mühafizə​ edən​ meşə​ gözətçiləri​ də​ var.​ Amma​ Yardımlı​ rayonu kimi dağlıq​ bir​ rayonda,​ relyefi​ çətin​ olan​ bir​ ərazidə​ elə​ meşə​ gözətçiləri​ var​ ki,​ təxmiynən​ 2500,00​ (iki​ min​ beş​ yüz )​ hektarı​ mühafizə​ edir.​ Heç​ bir​ yanacaq​ və​ ya​ texnika​ verilmədən.​ Bu​ hansı​ məntiqə​ uyğundur? İndi​ də​ Meşələrin​ İnkişafı​ Departamentinin​ direktoru​ Ağaqardaş​ Qaraşovun​ tərtib​ etdirdiyi​ və​ nazir​ müavini​ Firdovsi​ Əliyevin​ təsdiq​ etdiyi​ yeni​ ştat​ cədvəlində​ Masallı​ meşəbəylikləri​ olduğu​ kimi​ yerində​ saxlanılıb.​ Meşə​ dolaylarından​ bir​ ikisi​ ixtisar​ olunaraq​ birləşdirilib.​ O​ da​ baş​ aldatmaq​ üçün​ olan​ bir​ işdir.​ Amma​ Yardımlı​ rayonu​ üzrə​ meşəbəyliklər​ birləşdirilərək​ 2 (iki)​ meşəbəylik​ Şıxlar​ və​ Hamarkənd​ meşəbəylikləri​ yaradılıb. Həmin​ meşəbəyliklərə​ Bir​ baş​ meşəbəyi​ və​ bir baş​ meşəbəyinin​ köməkçisi​ ştatı​ ayrılıb. Meşə​ dolaylarının​ çox​ hissəsi​ ixtisar​ olunaraq​ ​ birləşdirilib.​ Meşə​ gözətçisi​ sözü​ meşəbəyi​ sözü​ ilə​ əvəz​ edilib.​ Bu​ plan​ birbaşa​ Yardımlı​ meşələrinin​ məhv​ edilməsinə​ yönəlib. Buradan​ sual​ olunur:​ Məsələn: ​ Hamarkənd​ meşəbəyliyinin​ ərazisinin​ bir​ hissəsi​ Yardımlı​ rayonunun​ Arus​ kəndinin​ yuxarı​ hissəsi,​ bir​ hissəsi​ Avaş,​ Deman​ kəndlərini,​ bir​ hissəsi​ Alar​ kəndlərini və​ Lerik​ rayonu​ ilə​ sərhəddi ​ əhatə​ edəcək.​ Ərazisi​ təxmiynən​ 15000,00​ ​ (on​ beş min)​ hektardan​ çox​ (Masallı​ meşələrinin​ ümumi​ ərazsindən​ çox)​ olan​ dağlıq​ və​ çətin​ bir​ relyefdə​ olan​ ​ ​ və​ əksəriyyəti​ ​ ​ gündəlik​ yanacaq​ kimi​ odundan​ istifadə​ edən​ kəndlərin​ əhatəsində​ olan​ bir​ meşə​ ərazisini​ 1 (bir) baş​ meşəbəyi, 1 (bir) baş​ meşəbəyinin​ köməkçisi​ və​ 6 (altı )​ meşəbəyi​ mühafizə​ edə​ bilərmi? ​ Bu ştat​ cədvəli​ ​ heç​ bir​ məntiqə​ sığmır. Əslində​ sözdə​ yox​ əməldə​ həqiqətən də​ meşələrin​ qorunmağını​ istəyirlərsə​ o,​ zaman​ meşə​ mühafizə​ işçilərinin​ sayı​ artırılmalıdır. Əlavə​ olaraq​ onu​ da​ bildirim​ ki,​ Ağaqardaş​ Qaraşov​ Departamentin​ direktoru​ təyin​ olunandan​ sonra​ Yardımlı​ rayonu​ üzrə​ olan​ 4 (dörd)​ meşəbəylikdən​ birini​ ixtisar​ edərək​ birləşdirmişdir. Yəni​ 2 saylı​ meşəbəyliyi​ ləvğ​ edərək​ 1 saylı​ meşəbəyliyə​ birləşdirmişdir.​ Əlavə​ olaraq​ həmin yeni​ təsdiq olunmuş​ ştat​ ​ cədvəlində​ gülüş​ doğuran​ bir​ məqam​ da​ var​ ki,​ Masallı​ RMTM –də​ necə​ dəyişiklik​ aparılmasından​ asılı​ olmayaraq​ orada​ olan​ Əməyin​ mühafizəsi​ üzrə​ baş​ mütəxəssis ,​ və​ Baş​ mühasibin​ müavini​ olan​ mühasib​ ştatları​ nədənsə ​ ləvğ​ olunmur.​ Çünki​ Əməyin​ mühafizəsi​ üzrə​ baş​ mütəxəssis,​ həm​ də​ həmkarların​ sədri​ ​ Adil​ Quliyev​ Ağaqardaş​ Qaraşovun​ ​ qohumudur.​ Yəni​ qızının​ qaynatasıdır.​ Mühasib​ Sadiq​ Quliyev​ isə​ Adil​ Quliyevin​ oğludur.​ Yəni​ Qaraşovun​ qızının​ qayınıdır.​ Əslində​ onların​ adı​ işdə​ getsə​ də​ onlar​ işə​ daima​ gəlmirlər.​ Öz​ biznes​ işləri​ ilə​ məşğuldurlar.​ Onlar​ işə​ gəlməsə​ belə​ Ağaqardaş​ Qaraşovun​ qorxusundan​ heç​ kim​ onlardan​ işə​ gəlməsini​ tələb​ edə​ bilməz.

​ Masallı​ RMTM-nin​ qanunsuzluqları​ təkcə​ bununla​ bitmir. Bu​ qanunsuzluqların​ hələlik​ bir​ hissəsi​ barədə faktlarla​ məlumat​ verirəm:

​ 1.Masallı​ RMTM-nin​ inzibati​ binasının təmirinə və​ lazımi avadanlıqlarla​ təmin​ olunmasına ayrılan vəsaitin çox hissəsini Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov və onun Masallı RMTM-də işləyən qohumu (qızının qaynatası) Adil Quliyevlə birlikdə qanunsuz şəkildə mənimsədilər. İmkan​ vermədilər​ ki, bina​ effekti​ şəkildə tam ​ təmir​ olunaraq,​ lazimi​ avadanlıqlarla​ keyfiyyətli​ şəkildə​ təmin​ olunsun. Axı​ bu​ binada​ işləyən​ işçilərin​ sağlamlığları​ işlədikləri​ binanın​ şəraitindən​ asılıdır. İnzibati binanın təmir işlərini və ayrılan vəsaiti üzləşdirsəniz sübuta yetiriləcək.

2.Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri bayram, şənbə və bazar günləridə daxil olmaqla iş saatından artıq işlədilir. Şənbə​ və​ bazar​ günlərinə​ aktlar​ tərtib​ olunur.​ Direktor​ Elsevər​ İmamyarov​ və​ direktor​ müavini​ Umud​ Babayev​ bildirir​ ki,​ kimin​ xoşu​ gəlmir​ işləməsin.​ Heç​ kimi​ məcbur​ saxlamırıq. Bu​ cümlə​ elə​ onların​ hansı​ təfəkkürə​ malik​ olmalarından​ xəbər​ verir.

3. Burada işləyən II qrup əlil şəxslərdə qanuni şəkildə gündəlik iş saatı həftənin birinci günü 8 saat, digər günləri ​ 7 saat olsa da qanunsuz şəkildə onlar iş vaxtından artıq işlədilib. Son 5 (beş) ayın və​ 2019-cu​ ilin iş tabellərini yoxlasanız bunun şahidi olacaqsınız. Bundan başqa Nazirlər Kabinetinin qərarına əsasən II qrup işləyən əlillərə işlədiyi müəssisə tərəfindən əlavə olaraq əmək haqqının 25 % -i qədər ödənilməli olsa da bu​ günə kimi​ həmin​ vəsait​ hesablanaraq ​ ödənilməmişdir. Bütün​ bunlar​ əlillərin​ işlədikləri​ müəssisə​ tərəfindən​ hüquqlarının​ pozulması​ deməkdir.

4.Əkin işləri iməcilik adı altında işçilərə hədə qorxu gələrək aparılır. Nazirin adından istifadə edərək Masallı RMTM-nin rəhbərliyi işçilərə hədə qorxu gələrək bütün əkin işlərini qanunsuz şəkildə həyata keçirməyə çalışır.​ ​ Sovet​ hakimiyyəti​ illərində​ hər​ il​ aprel​ ayının​ 12-si​ Lenin​ iməciliyi​ keçirilirdi.​ İndi​ isə​ Masallı​ RMTM-nin​ rəhbərliyi​ hər​ 3 - 4 gündən​ bir​ işçilərə​ hədə-qorxu​ gələrək​ Lenin​ iməciliyi​ keçirir.​ Əkin naryadlarını yoxlasanız bunun şahidi olacaqsınız.​ Bu​ saxta​ naryadlarda​ göstərilən​ iməcilikdə​ kimlər​ iştirak​ edir.​ Məsələn:​ Əgər bu​ iməcilikdə ​ meşə​ gözətçisi​ iştirak​ edirsə,​ onda​ sual​ olunur​ həmin​ vaxtı​ meşə​ gözətçisinin​ mühafizə​ etdiyi​ meşə​ dolayını​ kim​ mühafizə​ edir. Əgər​ belədirsə​ onda​ Masallı​ RMTM​ özü​ şərait​ yaradır​ ki,​ dolay​ mühafizəsiz​ ​ qalsın​ və​ həmin​ meşə​ sahəsində​ ağaclar​ qanunsuz​ olaraq​ kəsilsin. Bu​ hallardan​ rəhbərlik​ öz​ mənfəətləri​ üçün​ istifadə​ etsinlər.

5.İşçilərin Əmək haqqları Əmək müqaviləsində göstərildiyi vaxtdan gec ödənilir. Əmək​ müqavilələrini və Əmək haqqlarının köçürülmə tarixlərini araşdırsanız bunun şahidi olacaqsınız. Hər​ ay​ bu​ hadisə​ təkrarlanır.

6.Masallı Regional Meşə Təsərrüfatı Mərkəzininə arılan yanacaq qanunsuz şəkildə mənimsənilir. Yol-vərəqələrini və müqaviləsi olan yanacaqdoldurma məntəqəsinin videokameralarını araşdırmaqla bunu sübuta yetirə bilərsiniz.
Xahiş​ edirik​ bu​ faktların​ araşdırılmasına​ köməklik​ edəsiniz.

Masallı​ RMTM-nin​ rəhbərliyi​ və​ onları​ himayə​ edən​ Meşələrin​ İnkişafı​ Departamentinin​ direktoru​ Ağaqardaş​ Qaraşov​ və​ Nazir​ ​ müavini​ Firdovsi​ Əliyev​ niyə​ öz​ qanunsuz​ əməllərindən​ əl​ çəkmirlər. ​ Dəfələrlə​ Hörmətli,​ Cənab​ Prezidentimiz​ xəbərdarlıq​ edir​ ki,​ heç​ bir​ işçi 8 (səkkiz)​ saatdan​ artıq​ işlədilməsin. Heç bir​ işçi​ incidilməsin,​ heç​ bir​ işçinin​ hüquqları​ pozulmasın.​ Cənab​ Prezident​ dəfələrlə​ aidiyyatı​ orqanlara​ tapşırıq​ verir​ ki,​ heç​ bir​ yerdə​ ixtisar​ aparılmasın.​ Hətta​ özəl ​ sektora da​ ixtisar​ aparmamaları​ barədə​ göstəriş​ verib.​ Cənab​ Prezident​ deyir​ ki,​ bir​ işçini​ işdən​ çıxarmaq​ bir​ ailənin​ çörəyini​ kəsmək​ deməkdir. Ona​ görə​ də​ heç​ bir​ işçini​ qanunsuz​ olaraq​ işdən​ çıxarmaq​ olmaz.​ Cənab​ Prezident​ istəyir​ ki,​ ölkdə​ bütün​ işsiz​ vətəndaşlar​ işlə​ təmin​ olunsun.​ Hər​ kəs​ öz​ evinə,​ ailəsinə​ çörək​ pulu​ aparsın. Bunun​ üçün​ hər​ birimiz​ Cənab​ Prezidentimizə ​ bir​ azərbaycan​ vətəndaşı​ kimi​ öz​ təşəkkürümüzü​ bildiririk.​ Amma​ Masallı​ RMTM-nin​ rəhbərliyi​ və​ onların​ himayədarları​ ​ Meşələrin​ İnkişafı​ Departamentinin​ direktoru​ Ağaqardaş​ Qaraşov​ və​ Nazir​ ​ müavini​ Firdovsi​ Əliyev​ öz​ qanunsuz​ əməllərindən​ əl​ çəkmirlər.
Odur​ ki,​ Sizdən​ xahiş​ edirik​ ki,​ Yardımlı​ və​ Cəlilabad​ rayonlarının​ meşələrini​ və​ həmin​ ​ meşələri​ mühafizə​ edən​ meşə​ işçilərini​ Masallı​ RMTM-nin​ rəhbərliyinin ​ və​ onları​ himayə​ edən​ Meşələrin​ İnkişafı​ Departamentinin​ direktoru​ Ağaqardaş​ Qaraşov​ və​ Nazir​ ​ müavini​ Firdofsi​ Əliyevin​ ​ zülmündən​ xilas​ edilməsinə​ köməklik​ göstərəsiniz.''(gündemxeber.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam