Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çaylarda sululuğun artacağı gözlənilir

 Çaylarda sululuğun artacağı gözlənilir.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, regionda yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur.

Bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kür ətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.

Hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir.

Son günlər ölkə ərazisinə yağan intensiv leysan yağışlar nəticəsində Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda da sululuq artıb, qısamüddətli sel keçməsi müşahidə olunub.

Qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam