Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çaylarda -suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-70 faizini təşkil edir.

Oktyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 115 m3/s olmaqla, ongünlük normadan az olunub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 43 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Oktyabrın 18-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 78 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 68 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Oktyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 sm artaraq 331 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 18-də isə 338 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 181 sm qeydə alınıb. 2018-ci il oktyabrın 18-də isə bu rəqəm 196 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm azalıb və 114 sm olunub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 143 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 sm azalaraq 30 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 18-də isə 42 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 155 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 18-də 167 sm qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam