Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Azərbaycanın bəzi çaylarında sululuq artıb

 

Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində Azərbaycanın bəzi çaylarında sululuq artıb

 
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 

 verilən məlumata görə, Ağsuçay və Axoxçay çaylarından qısamüddətli sel keçib.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, mayın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 285 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 62 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə görə, mayın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 36, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2017-ci il mayın 29-da 373 sm), Şirvanda 185 sm (2017-ci il mayın 29-da 253 sm), Salyanda 87 sm (2017-ci il mayın 29-da 177 sm), Bankədə 181 sm (2017-ci il mayın 29-da 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il mayın 29-da 78 sm) təşkil edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam