Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Bakıda aksiya keçirilib -Yenilənib


Bakıda keçirilən aksiya dinc şəkildə başa çatıb.
Yenixeber.org: Aksiya zamanı saxlanılan olmayıb.

***
Bakıda bir qrup inanclı fəal Prezident Administrasiyasının qarşısında aksiya keçirir.
Bu barədə sosial şəbəkələrdə görüntülər canlı yayımlanır.

Belə ki, aksiya iştirakçıları Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncələrə məruz qaldığını və İslam müqəddəslərinin təhqir olunduğunu bildirirlər. 
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin müavini Elçin Qasımovun sözlərinə görə, T. Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb: “T. Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. T. Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”.
Onun sözlərinə görə, T. Bağırzadə bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcəyini söyləyib.
DİN səslənən iddiaları təkzib edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam