Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Akif Çovdarov əmlakı üzərindən həbsin götürülməsini tələb edir -Məhkəmə olacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və şöbə rəisi, polkovnik Səlim Məmmədovun əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır.

Yenixeber.org: Bakı Apellyasiya Məhkəməsində iş icraata götürülüb.

Akif Çovdarov və Səlim Məmmədovun əmlakları barədə məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onların əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə ötən ay azadlığa buraxılıb.

Bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya şikayəti üzrə qərar elan edib. Qərara əsasən, kassasiya şikayətinin əmlaklarla bağlı hissəsi təmin olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam