Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Akif Çovdarovun vəkilləri məhkəmədə 7 vəsatət qaldırıb

 
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib


Yenixeber.org: Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən qapalı keçirilən prosesdə "8-ci km" bazarı epizodu üzrə Cəfər və Qəhrəman Səfərov qardaşları çıxış ediblər.
Onlar həmin bazarın A.Çovdarov tərəfindən zorla əllərindən alındığını deyərək, obyektin geri qaytarılmasını istəyiblər.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Prosesdə təqsirləndirilən A.Əliyev, O.Osmanov və S.Məmmədov da çıxış ediblər. Onlar da barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
A.Çovdarovun vəkilləri 7 vəsatət qaldırıb. Onlar xəttşünaslıq, məhkəmə xətşünaslıq, A.Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsini tələb ediblər.
Bundan başqa, müdafiəçilər təqsirləndirilən şəxslərin ailə üzvlərinə aid olan əmlakların geri qaytarılmasını da istəyiblər.
Vəsatətlər növbəti prosesdə müzakirə olunacaq.
Proses mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib.
Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam