Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Eldar İsmayılov jurnalistləri həbs etdirmək istəyir-MƏHKƏMƏ

Eldar İsmayılov jurnalistləri həbs etdirmək istəyir

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov xəbər saytlarını məhkəmə verib.

Yenixeber.org: “Pravda.az”, “Azsiyaset.com” və “Baku.WS” xəbər portalı ilə bağlı Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub.

Eldar İsmayılov iddia edir ki, xəbər saytlarında onun haqqında dərc edilən “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlıqlı yazı şərəf və ləyaqətinə toxunub.

O, jurnalistlər barəsində Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri üzrə tədbir görülməsini istəyir. Həmin maddələr üzrə: 147.2-ci maddə – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddə üzrə: Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 7-nə təyin edilib.

Redaksiya: İddia ərizəsində Pravda.az-ın ilkin mənbə kimi göstərilməsi yanlışlıqdır, həmin yazı istinadla verilib. Eyni zamanda, E.İsmayılovdan redaksiyamıza hər hansı təkzib xarakterli material daxil olmayıb, təzkib üçün həmişə qarşı tərəfin haqqını tanımışıq. /pravda.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam