Azərbaycan vətəndaşları -Ermənistanda 6 mülk alıb
Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var.
Yenixeber.org: Bu barədə "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq Kadastr Komitəsindən məlumat verilib.
- 2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşlarına dair daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirilib, - Komitədənin məlumatında deyilir.
Qeyd edilir ki, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012-ci il). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt də alınıb.
- Qeyd edək ki, söhbət yalnız Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığınını isə deyə bilmərik,-məqalədə yazılıb.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə edilib, 1-i isə dəyişdirilib. Bundan əlavə onlar 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi də alıblar.
- Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021 (8) illərdə olub. Qeyd olunan dövrdə Türkiyə, yaxud Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda əmlak sahibi olmayıb.