Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında nə qədər fəaldırlar? - ARAŞDIRMA

Batumidə əcnəbilərin aldığı mənzillərin 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb.

Yenixeber.org:  Son illər Gürcüstanın Batumi şəhərində yaşayış evi alan xarici vətəndaşların payının artması tendensiyası müşahidə olunur.

Yenixeber.org: Bu barədə TBC Bankın “TBC Capital” konsultativ bölməsinin hazırladığı araşdırmada bildirilib.

2018-ci ildə Batumidə alınan yaşayış evlərinin 36%-i əcnəbilərin payına düşüb. 2015-ci ildə bu göstərici 14%, 2016-cı ildə 28%, 2017-ci ildə isə 33% təşkil edib.

Ötən il Batumidə satılan yaşayış yerlərinin 76%-ni yeni mənzillər təşkil edib.

Bu ilin əvvəlindən isə xarici ölkə vətəndaşlarının yaşayış sahəsi bazarındakı payı 31%-ə bərabər olub. Satış bazarında Ukrayna və Rusiya vətəndaşları əsas oyunçulardır. Ukraynalıların bazardakı payı 8,4%, rusiyalıların payı isə 8,2% təşkil edib. İsrail (2,4%), Avropa İttifaqı (2,3%) və Türkiyə vətəndaşları (1,5%) da bu bazarda əhəmiyyətli paya malikdirlər.

2019-cu ilin əvvəlindən Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında passivliyi ilə seçilir. Acarıstan paytaxtında əcnəbilərin aldığı yaşayış yerlərinin yalnız 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb. Xarici vətəndaşlar arasında bu ən aşağı göstəricidir. Ermənistan vətəndaşlarının payı 1%, İran vətəndaşlarının payı isə 0,9% təşkil edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam