Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında nə qədər fəaldırlar? -ARAŞDIRMA

 

 

Batumidə əcnəbilərin aldığı mənzillərin 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb.

Yenixeber.org: Son illər Gürcüstanın Batumi şəhərində yaşayış evi alan xarici vətəndaşların payının artması tendensiyası müşahidə olunur.

Bu barədə TBC Bankın “TBC Capital” konsultativ bölməsinin hazırladığı araşdırmada bildirilib.

2018-ci ildə Batumidə alınan yaşayış evlərinin 36%-i əcnəbilərin payına düşüb. 2015-ci ildə bu göstərici 14%, 2016-cı ildə 28%, 2017-ci ildə isə 33% təşkil edib.

Ötən il Batumidə satılan yaşayış yerlərinin 76%-ni yeni mənzillər təşkil edib.

Bu ilin əvvəlindən isə xarici ölkə vətəndaşlarının yaşayış sahəsi bazarındakı payı 31%-ə bərabər olub. Satış bazarında Ukrayna və Rusiya vətəndaşları əsas oyunçulardır. Ukraynalıların bazardakı payı 8,4%, rusiyalıların payı isə 8,2% təşkil edib. İsrail (2,4%), Avropa İttifaqı (2,3%) və Türkiyə vətəndaşları (1,5%) da bu bazarda əhəmiyyətli paya malikdirlər.

2019-cu ilin əvvəlindən Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında passivliyi ilə seçilir. Acarıstan paytaxtında əcnəbilərin aldığı yaşayış yerlərinin yalnız 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb. Xarici vətəndaşlar arasında bu ən aşağı göstəricidir. Ermənistan vətəndaşlarının payı 1%, İran vətəndaşlarının payı isə 0,9% təşkil edir.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam