Braziliya prezidenti Putinlə bu məsələləri müzakirə edəcək-AÇIQLAMA
Braziliya prezidenti Jair Bolsonaro fevralın 15-də Moskvaya gələcək, ertəsi gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Yenixeber.org: Bu barədə Braziliyanın “Globo” portalı xəbər verir.
Bundan əvvəl Braziliya Xarici İşlər Nazirliyi Bolsonaronun Rusiyaya rəsmi səfərinin fevralın 14-17-də baş tutacağını, bundan sonra Braziliya prezidentinin Macarıstana səfər edəcəyini açıqlamışdı. Braziliya lideri səfərdən əvvəl rusiyalı həmkarı ilə danışıqlarda Ukrayna məsələsini gündəmə gətirmək niyyətində olmadığını bildirib.
Bolsonaronun fevralın 15-i çərşənbə axşamı günü Rusiya paytaxtına gələcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl “Folha” qəzeti braziliyalı diplomatlara istinadən yazıb ki, Bolsonaronun Putinə dəstək vermək və ya Rusiya-Ukrayna münaqişəsində tərəf tutmaq planları yoxdur. Bunun əvəzinə prezident “ticarət və digər qarşılıqlı maraq doğuran məsələləri” müzakirə etmək niyyətindədir.