Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Braziliya Prezidenti -istintaqa cəlb oluna bilər

Braziliya Prezidenti istintaqa cəlb oluna bilər
Braziliya Ali Federal Məhkəməsi keçmiş Ədliyyə naziri Sergio Moronun ölkə Prezidenti Jair Bolsonaruya qarşı irəli sürdüyü iddialarla əlaqədar istintaq prosesinin başladılması barədə qərar qəbul edib.
Yenixeber.org: Bu barədə “Globo” portalı məlumat yayıb.

Bildirilib ki, istintaq üçün 60 gün vaxt ayrılıb. Braziliyanın keçmiş Ədliyyə naziri Sergio Moro ötən həftə federal polisdə rəhbər dəyişikliyi ilə əlaqədar Prezidentlə fikir ayrılıqları səbəbindən istefa verib və Bolsonarunu korrupsiya ilə bağlı işlərin araşdırılmasına cavabdeh olan agentliyin fəaliyyətinə müdaxilə etməkdə günahlandırıb.

Tezliklə Braziliya Baş Prokurorluğu Ali Federal Məhkəmədən Moronun Bolsonaru ilə bağlı iddialarının araşdırılmasını istəyib.

Qeyd olunub ki, Ali Federal Məhkəmə istintaqın başlanması barədə qərar qəbul etsə, Baş prokuror rəsmi şikayət verə biləcək. Bolsonaru isə öz növbəsində iddialardan sonra federal polisin köməyi ilə ailə üzvlərini qorumağa çalışmadığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam