Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Braziliya prezidentinin oğlu haqqında araşdırma başladı

“Gizlədəcəyim heç nə yoxdur. Kim məni araşdırmaq istəyirsə, araşdırsın”.

 

Yenixeber.org: Braziliya prezidenti Jair Bolsonaronun oğlu və məsləhətçisi Flavio Bolsonaronun hesabında son 1 ayda 48 şübhəli depozit əməliyyatına rast gəlinib.

Braziliyanın Maliyyə Fəaliyyətinə Nəzarət İdarəsi (COAF) prezidentin oğlu və məsləhətçisi haqqında araşdırma başladıb.

Cümə günü COAF, atası and içib prezident olandan bu günə qədər Flavio Bolsonaronun hesabında cəmi 25 min 500 dollar məbləğində 48 şübhəli depozit əməliyyatı olduğunu açıqlayıb.

Flavio Bolsonaro “Gizlədəcəyim heç nə yoxdur. Kim məni araşdırmaq istəyirsə, araşdırsın” deyərək özünü müdafiə edib.

Braziliya mətbuatı isə həmin hesabdan məlum olmayan bir yerə 270 min dollar məbləğində əməliyyat həyata keçirildiyini bildirib.

Flavio Bolsonaronun sürücüsü Fabricio Queirozun bank hesablarında da şübhəli əməliyyatlar aşkar edilib. Son bir il ərzində onun hesabına təxminən 320 min dollar göndərilib.

Maaşı 5 min dollardan az olan sürücünün hesabına son 3 ildə 1 milyon 865 min dollar pul göndərilməsi şübhə yaradıb.

Bu insident seçki kampaniyasında korrupsiyanı bağışlamayacağını deyən Jair Bolsonaronu çətin vəziyyətə salıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam