ABŞ Konqresində dinləmələr keçiriləcək-Ukrayna ilə bağlı
ABŞ administrasiyasının nümayəndələri fevralın 3-də konqresmenləri Ukraynadakı vəziyyətlə bağlı məlumatlandıracaqlar.
Yenixeber.org: Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbəyə istinada xəbər yayıb.
Məlumatda göstərilir ki, iclasda dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və digər şəxslər iştirak edəcək. Tədbirdən əvvəl brifinq keçiriləcək.