Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Hakimiyyətin yalanı, müxalifətin zəifliyi –Ermənistanda nə baş verir?

news content


Ekspert deyir ki, ölkədə baş verən proseslərin üç əsas səbəbi var

Yenixeber.org: “Yəqin ki, hakimiyyət dəyişikliyinə ən çox mane olan səbəb mövcud hakimiyyətin yalan danışmaq bacarığıdır”. Bunu “Ermənistan” blokunun deputatı Levon Koçaryan parlamentdə jurnalistlərlə söhbəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə rəhbərliyindən uzaqlaşdırılmasına nə mane olduğu sualına cavab verərkən deyib.

Yəqin ki, məhz bu mane olur. Onlar həmişə məsələni başqa istiqamətə yönəltməyi bacarırlar. Əlbəttə, hazırda vəziyyət əvvəlki kimi deyil, biz hakimiyyətin reytinqinin davamlı şəkildə düşdüyünü görürük. Digər tərəfdən isə görünür, buna müxalifətin qeyri-qənaətbəxş fəaliyyəti də mane olur”, - deyə Koçaryan qeyd edib.

Müxalifətin seçkilərə necə hazırlaşdığı və “Ermənistan” blokunun fraksiyasının seçkilərdə Daşnaksütyun Partiyasından ayrı iştirak edə biləcəyi ilə bağlı suala deputat belə cavab verib: “Bu barədə hələ şərh veriləsi bir şey yoxdur, çünki qərar yoxdur. Hələ bu cür müzakirələr aparılmayıb”.

Sorğuların nəticələrinə toxunan Koçaryan (bu sorğulara əsasən, parlamentin spikeri Alen Simonyan və Robert Koçaryan eyni 2%-lik reytinqə malikdirlər) deyib: “Bu sorğuların nə qədər etibarlı olduğunu bilmirəm. Düşünmürəm ki, bunlar real məlumatlardır. Mənim atam Robert Koçaryan artıq bir neçə ildir siyasi proseslərdə fəallıq göstərmir və bu, sorğulara öz təsirini göstərir. Bəli, burada müxalifətin reytinq məsələsi də var. Birinci hissə bizim fəaliyyətimizlə bağlı haqlı narazılıq və şikayətlərdir. İkinci hissə isə nə qədər əsassız olsa da, illər ərzində yığılan və müxalifətin tamamilə qurtula bilmədiyi yalanların toplusudur”.

Levon Koçaryanın iddiaları nə dərəcədə doğrudur? Doğrudanmı, Ermənistan əhalisini artıq bir neçə dəfə bu hakimiyyəti seçməyə məcbur edən yeganə səbəb Nikol Paşinyanın komandasının məharətli yalanlarıdır? Yoxsa, müxalifətdə olan deputat nəyisə gizlədir?

Müstəqil politoloq Xaqani Cəfərli bununla bağlı fikirlərini bizimlə bölüşüb.

O, əmindir ki, “Ermənistan” blokundan olan deputat, keçmiş prezident Robert Koçaryanın oğlu Levon Koçaryanın fikirlərinin heç bir əsası yoxdur.

Çünki Ermənistanda əvvəlki hakimiyyəti təmsil edən qüvvələrə inamsızlıq mövcud hakimiyyətin yalan danışmaq bacarığı ilə bağlı deyil. Erməni xalqı həqiqətən də Nikol Paşinyanın hökumətindən narazı olsa da, keçmişə qayıtmaq istəmir.

Bunun üç ciddi səbəbi var. Birincisi, Robert Koçaryan və Serj Sarqsyan dövründə korrupsiya, monopolizm və avtoritar idarəçilik geniş yayılmışdı. Normal düşüncəli insanlar əvvəlki hakimiyyətin qayıtmasını istəmir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ikinci səbəb Ermənistan cəmiyyətində, eləcə də bütün dünyada nəsil dəyişməsinin baş verməsidir.

Yeni nəslin, sosioloqların “Z nəsli” adlandırdığı bu nəslin, keçmişlə heç bir əlaqəsi yoxdur və onların baxışları fərqlidir.

Üçüncü səbəb isə odur ki, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə yeni ideya verib. Bu, Ermənistanın Avroatlantik strukturlara inteqrasiyası və Rusiyanın təsir dairəsindən çıxması ideyasıdır. Gəlin unutmayaq ki, Ermənistan sovet dövründə ən güclü antikommunist dissident hərəkatının və Rusiyaya qarşı güclü nifrətin olduğu respublikalardan biri idi.

Bütün bu amillər əvvəlki hökumət tərəfindən formalaşdırılmış müxalifətin uğursuzluğuna və Nikol Paşinyanın öz mövqelərini qoruyub saxlamasına səbəb olur”, - deyə Cəfərli yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam