Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ANAMA sədri:"Bərdə-Ağdam dəmiryol xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib"

ANAMA sədri: Bərdə-Ağdam dəmiryol xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib
Ağdamın işğaldan azad edilən ərazilərindən keçən dəmiryol xəttinin 10 kilometrlik hissəsi mina və partlamamış hərbi silah-sursatlardan təmizlənib.

Bu barədə Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib.

V.Süleymanov əlavə edib ki, hazırda Ağdam rayonu ərazisində icra olunan Bərdə-Ağdam dəmiryol xəttinin uzunluğu 26,3 kilometrdir:

"ANAMA artıq bunun 10 kilometrlik hissəsini təmizləyib və 6 kilometri artıq təhvil verilib. Qalan 4 kilometrlik məsafə də gələn həftə təhvil veriləcək. Bu ərazi keçmiş təmas xəttindən keçən bir ərazidir. Burada çox sayda minalar və partlamamış hərbi silah-sursatlar var və çirklənmə səviyyəsi yüksəkdir. Bəzi hallarda biz burada ancaq əllə təmizləmə işləri aparırıq. Burada xüsusi təlim keçmiş itlərdən və mexaniki təmizləmə üsullarından istifadə etmək olmur. Bu il ərzində planlaşdırılan işlərə görə, Ağdam rayon ərazisində 49 200 hektara yaxın ərazi təmizlənəcək. Burada müxtəlif layihələr icra olunur. Bərdə-Ağdam avtomobil yolu layihəsi artıq hazırdır. Ağdam-Bərdə dəmiryol xətti, Ağdam-Xındırıstan elektirik layihəsi, Ağdam-1, Ağdam-2 yarımstansiyalarını birləşdirən elektirik xətlərinin çəkilişi tam təhvil verilib. Ümumiyyətlə ötən il ərzində Minatəmizləmə Agentliyi 59 layihənin icrasına başlayıb. Onlardan 48 layihə tamamlanıb və təhvil verilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam