Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İndiyənədək azad olunan ərazilərdə aşkarlanan -minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Yenixeber.org: ANAMA-dan verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 847 807 m² (285 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 20 280 727 m² (2 028 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam