Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Tək rəislər yox, sıravi işçilər də 4 aydır maaş almır -Gömrük Komitəsində nə baş verir?

Tək rəislər yox, sıravi işçilər də 4 aydır maaş almır - Gömrük Komitəsində nə baş verir?

Dövlət Gömrük Komitəsində nəinki rəis heyətinin, sıravi işçilərin də əməkhaqları verilmir.

Yenixeber.org: Bu barədə afn.az-ın "Dövlət Gömrük Komitəsində rəislərin maaşı 4 aydır ödənmir" sərlövhəli xəbəri ilə tanış olan oxucular məlumat veriblər. Bildirilir ki, DGK-nın idarələrində rəislərlə bərabər, zabit heyəti, sıravi işçilərin əksəriyyəti də 4 aydır əməkhaqqı almır: "Məzuniyyət pulları, əlavələri, maaşları heç biri ödənmir".

Başqa bir oxucunun verdiyi məlumatda isə daha ciddi məqamlar əksini tapıb. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov idarələrin hamısına "tas" qoyub. Bakı Baş Gömrük İdarəsində çalışan oxucumuz deyir ki, adıçəkilən idarə təkcə ötən ilin dekabr ayında 400 milyona yaxın "öhdəlik" yerinə yetirib: "Rəis heyətinə "hava xoşdur", əsas çətinlik sıravi işçilərə yaranıb. Bir qəpik qazanc olmadan işə gedib-gəlmək, dolanmaq, ailə saxlamaq asan məsələ deyil. Elə bu gün-sabah deyə-deyə saxlayırlar, deyirlər ki, hamısı bir yerdə köçürüləcək. Heç olmasa Yeni ildə bayramqabağı bir az pul ödəmədilər ki, ailəmizlə normal bayram qeyd edək".

Qeyd edək ki, DGK-nın sədri general-leytenant Şahin Bağırovun özü ilə bərabər, rəhbərliyi ilə idarə olunan idarələrin də Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general mayor Ceyhun Məmmədovun 23076.85 manat, Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik Eldar Bədəlovun 17395.86 manat, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun 73070.08 manat, Dəniz Nəqliyyatı Və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun 28403.35 manat, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun 46380.03 manat vergi borcları yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam