Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

İndoneziyanın yeni paytaxtı məlum oldu-Nusantara

İndoneziyanın yeni paytaxtının adı açıqlanıb

İndoneziyanın Kalimantan adasının cənub-şərqində olacaq yeni paytaxtın adı Nusantara (arxipelaq – Tərcümə) adlandırılacaq.
Yenixeber.org: Bunu ölkənin paytaxtının köçürülməsi məsələsi ilə bağlı hökumətin iclasında milli inkişaf planlaşdırma naziri Suharso Monoarfa bildirib. Onun sözlərinə görə, bu ad İndoneziyadan kənarda geniş şəkildə tanınır və dövləti qısaca arxipelaq kimi xarakterizə edir.
Qeyd edək ki, Prezident Vidodo 2019-cu ildə İndoneziyanın paytaxtını Cakartadan köçürmək barədə planlarını açıqlayıb. Bu məqsədlər üçün 32 milyard dollara yaxın vəsait ayrılıb, lakin koronavirus pandemiyası ilə əlaqədar layihə dayandırılıb, iki ildən sonra yenidən bərpa olunması planlaşdırılır. İndoneziya 18 min adadan ibarət dünyanın ən böyük arxipelaqında yerləşir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam