Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Bu ölkədə azı 20 nəfər öldürülüb-silahlı toqquşmalar zamanı

Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Arauka departamentində keçmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu” silahlı qruplaşmalarının üzvləri arasında baş verən toqquşmalarda azı 20 nəfər həlak olub.

Yenixeber.org: “Caracol Television” xəbər verir ki, bu barədə Araukuita bələdiyyəsinin rəhbəri Etelivar Torres bildirib. Bələdiyyə rəsmisinin sözlərinə görə, məlumat yerli sakinlərdən daxil olub və hələ ki, rəsmi təsdiqini tapmayıb. Toqquşmaların Saravena, Fortul və Tame bələdiyyələrində də baş verdiyi bildirilir.

Torres prezident İvan Dukeni, regionun Ombudsman ofisini və insan haqları müdafiəçilərini hadisələrə müdaxilə edərək zorakılığa son qoymağa çağırıb. O, xəbərdarlıq edib ki, qətllərdən sonra yüzlərlə insan artıq evlərini tərk etməyi planlaşdırır.

Ümumi uzunluğu 2,2 min kilometrdən çox olan Kolumbiya və Venesuela sərhədində "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu”ndan olan qeyri-qanuni qruplar fəal şəkildə fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam