Yenixeber.org: Bu barədə Fələstinin xarici işlər nazirinin müavini Teysir Ceradat açıqlama verib.
Onun sözlərinə görə, Kolumbiyanın sabiq prezidenti Xuan Manuel Santosun səlahiyyət müddətini başa vurmadan Fələstinin xarici işlər naziri Riyad gl-Malikiyə verdiyi məktubda "Fələstin dövlətini tanımaq qərarını" açıqlayıb.
Bunu ölkə diplomatiyasının uğuru adlandıran Teysir Ceradat əl-Malikinin bu ayın ortalarında Paraqvaya edəcəyi səfər zamanı bu ölkənin də Fələstini tanımaq qərarı vecəyinə inandığını bildiib.
Beləliklə, Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı 139-a çatıb.
Qeyd edək ki, Kolumbiyanın yeni prezidenti İvan Deukeninavqustun 7-də andiçmə mərasimi keçirilib.