Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ərdoğanın sözçüsü:“Cənubi Qafqazda Türkiyə-Ermənistan qarşıdurması sona çatır”

Ərdoğanın sözçüsü: “Cənubi Qafqazda Türkiyə-Ermənistan qarşıdurması sona çatır”

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır".

Yenixeber.org: “Habertürk” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb.

İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq.

Qeyd edək ki, İ.Kalın ABŞ-da illik təşkil olunan MAS-ICNA konqresində iştirak edib. O, ABŞ-da Türkiyə vətəndaşları ilə görüşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam