Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

“Ukraynaya hərbi təcavüz dekabrın 24-də başlanacaq” –Britaniya qəzeti

Qərb KİV-ləri Rusiyanın Ukraynaya hərbi təcavüzünü «fırlatmaqda» davam edirlər, baxmayaraq ki, ona hətta Kiyevdə də inanmırlar.

Yenixeber.org: Bu mövzuda növbəti sensasiyanı dekabrın 20-də Britaniyanın “Daily Star” nəşri bölüşüb - Birləşmiş Krallığın hərbi kəşfiyyatındakı adının çəkilməsini istəməyən mənbəyə istinadla.

Nəşrin xəbər verdiyi kimi, belə bir real imkan mövcuddur ki, 100 minlik Rusiya ordusunın Ukraynaya soxulması artıq bu həftə, dekabrın 24-də baş verəcək.

Materialda qeyd olunur ki, Britaniya kəşfiyyatçıları Kremlin bu planını aça biliblər - bu zaman xatırlayıblar ki, bu tarix Sovet İttifaqının Əfqanıstana soxulmasının 42-ci ildönümü ilə üst-üstə düşür. Nəşrin məlumatına görə, hücumun gücü 100 minlik quru qoşunlarından, zərbə vertolyotlarından, atilleriya və zent alaylarından ibarət olacaq.

Qəzet yazır ki, ölkə hakimiyyəti artıq bu barədə məlumatlandırılıb. Ancaq Böyük Britaniya Müdafiə Nazirliyində və XİN-də bu barədə Londonun mümkün reaksiyasından danışmaqdan imtina ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam