Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİN “UKRAYNA TRAVMASI” –Kremlin gerçək məqsədi nədir?

Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması, bu ölkəyə potensial hücum təhlükəsi Qərb mediasının diqqət mərkəzindədir.

Yenixeber.org: “The New York Times” qəzeti yazır ki, Ukraynanı işğalla təhdid etməyin real səbəbi Kremlin tarixi ədalətsizlik saydığı məsələni düzəltməyə çalışmasıdır.

Müəllif Anton Troyanovski Prezident Vladimir Putin və məsləkdaşlarının bu il Ukraynayla bağlı vahid mesaj ötürmələrinə diqqət çəkir. Kremlin tezisi budur ki, ukraynalılar rusiyalılarla “bir xalq”dır, ancaq postsovet dünyasını parçalayaraq zəbt etməyi hədəfləyən Qərb qüvvələrinin nəzarəti altında olan, iflas etməkdə olan ölkədə yaşayırlar.

Məqalədə deyilir ki, Putinin bir niyyəti müharibə təhdidi ilə ABŞ Prezidenti Co Baydeni Rusiyanın Şərqi Avropada maraqlarını tanımağa vadar etməkdir.

“Amma cənab Putin və bir çox rusiyalı üçün səkkiz ildir davam edən münaqişə təkcə geosiyasət məsələsi deyil: söhbət zədələnmiş milli psixikadan, düzəldilməsi gərəkən tarixi ədalətsizlikdən gedir. Putinin keçmiş müşavirlərindən Qleb Pavlovski bir müsahibəsində Kremlin Ukraynaya yanaşmasını “travma içində travma” adlandırıb, yəni, Sovet İttifaqının dağılmasından sonra bir millətin də parçalandığını düşünür. Axı, rusiyalılar Ukraynaya uzun müddət öz əlavələri kimi baxıblar”, – müəllif yazıb.

Ukraynalılar isə Putinin vahid tarixə istinad etməsini bu ölkənin irsini mənimsəmək, ərazi iddialarını əsaslandırmaq cəhdi kimi görürlər. “Keçmişimizi oğurladılar. İndi isə gələcəyimizi oğurlamağa çalışırlar”, – Kiyevdə yerləşən Yeni Avropa Mərkəzinin direktoru Alyona Getmançuk deyib.

Rəy sorğuları Ukraynaya qarşı hərbi gücə əl atmağın Putinin daxili reytinqinə zərbə vuracağını göstərir. Bu səbəbdən rusiyalı təhlilçilər Putinin işğal tətiyini basacağına skeptik yanaşırlar. Amma hətta Putinin opponentləri belə onun rusiyalıların ədalətsiz və süniliklə bölünməsinə dair iddiası ilə razılaşırlar, məqalədə vurğulanır.

 

 

“Foreign Affairs” dərgisində Angela Stent isə yazır ki, Ukrayna böhranını diplomatiya və strateji ikibaşlı davranışla önləmək olar. Müəllif yazır ki, hələ 2008-ci ildə NATO-nun Buxarest sammitində Putin ABŞ-dan həmkarı Corc Buşa deyirdi: “Corc, anlamalısan ki, Ukrayna heç ölkə də sayılmır. Bir hissəsi Şərqi Avropadır, daha böyük hissəsi isə bizə verilib”. Həmin ilin iyulunda Putin “Rusiyalılar və ukraynalıların tarixi birliyi” adlı məqaləsində Qərbi Ukraynanı Rusiyadan almağa çalışmaqda ittiham edirdi. “Biz bir xalqıq”, – onun əsas fikri bu idi.

Müəllif Birləşmiş Ştatların Ukrayna böhranına yanaşmasının isə aydın, gözlənilən olduğunu yazır: “Yaxşı olardı ki, Bayden administrasiyası Rusiyanın oyun kitabçasından bir səhifəni mənimsəyərdi, Moskva da Vaşinqtonun bacarıq və planlarından əndişələnərdi. Yalnız bundan sonra diplomatik proses canlandırılar, Birləşmiş Ştatlar da masaya keçər, Rusiyanın Ukraynanı üstələməsini önləməyə çalışardı”.

Rusiyanın Ukraynaya 90 min əsgər yığması Ukraynaya mümkün hərbi hücum sarıdan əndişələri artırıb. Bayden administrasiyası həyəcan təbili çalaraq avropalı müttəfiqləri ilə işləyir, Rusiyanın planının qarşısını almağa çalışır. Müəllif qeyd edir ki, Kreml Ukraynaya hücum etmək niyyətində olmaya, sadəcə, Birləşmiş Ştatları daha geniş məsələlərin müzakirəsi üçün masaya çəkməyə çalışa bilər. Məsələn, martda oxşar hərbi manevr Prezident Baydeni Putinlə Cenevrə sammitinə apardı. Belə bir görüş isə Rusiyanın böyük dövlət kimi rolunu təsdiqləmiş oldu.(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam