Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bu ölkə kiber-texnologiyaların ixracı qaydalarını sərtləşdirəcək

 

Co Bayden administrasiyası avtoritar hökumətlərin və bəd məramlı qüvvələrin istifadə etdiyi müəyyən texnologiyaların ixracına dair qaydaların sərtləşdirilməsi təşəbbüsünü açqılayıb. “The Hill” nəşrinin yazdığına görə, bu təşəbbüs “demokratiya uğrunda sammit”də elan edilib.
Yenixeber.org: “The Hill” nəşri xəbər verir ki, bu addım “bəd niyyətli kiber-fəaliyyətə” görə noyabr ayında İsrailin fərdi “NSO Group” şirkətinə münasibətdə tətbiq edilən sanksiyadan sonra atılıb.
Ağ ev administrasiyasının yüksək vəzifəli təmsilçisi bildirib ki, ixrac nəzarəti və insan haqları üzrə təşəbbüs “NSO Group” və digər fərdi şirkətlərin “son istifadəçilərinin” bu cür texnologiyaları insan haqlarının pozulmasına yönəltdiyi qarşılığında onlara tətbiq edilən sanksiyaların nəticəsidir.

NSO-nun casus PO-su (istifadəçinin razılığı alınmadan məlumatı toplayan və kənara ötürən zərərli proqram) xarici hökumətlər və ayrı-ayrı insanlar tərəfindən bəzən xarici ölkələrdə yaşayan hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların təqib olunması üçün istifadə edilib. Bu məqam ABŞ-ın Ticarət nazirliyi tərəfindən “tarnsmilli repressiyalar” kimi qiymətləndirilib.
Elan olunan təşəbbüsün bu cür ikili təyinatlı texnologiyaların ixracatına nəzarət standartlarını “mütləq olmayan davranış” kodeksi – hökumətin belə ixrac lisenziyalarını işləyib-hazırlamasına aid olan idarəetmə sistemi – formasında həyata keçirəcəyini nəzərdə tutur.
NSO ilə bağlı mövqe ixtilafından sonra, İsrail hələ bu həftənin ilk günü kiber-ixracata məhdudiyyətləri sərtləşdirəcəyini bəyan edib.

- Əsas diqqət daha effektli monitorinqə və zərurət yaranarsa belə texnologiyaların yayılmasının məhdudlaşdırılmasına yönəldiləcək. Zaman keçdikcə, ABŞ administrasiyası bu texnologiyaların ziyan üçün yox, rifah üçün istifadəsinə əmin olmaq naminə normativ aktların və qanunların işlənib-hazırlanmasına maraq göstərən hökumətlərin dairəsini genişləndirməyə ümid edir, - amerikalı məmur vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam