Redaktor seçimi
Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir -
İranda nə baş verir: etiraz, yoxsa inqilab? -
“Ağazadə”lərin eyş-işrəti... — Ayətullahlar şiələrin pulunu hara xərcləyir? /
“Laçın dəhlizi” əməliyyatı: Bakı nəyə hazırlaşır?-
“Sumqayıt Tibb Mərkəzi” PHŞ-in Avtoparkında qanunlar belə işləyir -
Yaşamağa çatmayan yaşayış minimumu-
Dənizin və yolların işğalı : Saleh Məmmədovun “qudalar komandası” -
AAYDA Saleh Məmmədov - Əflatun Qasımov tandeminin girovluğunda:
Günün xəbəri

Jurnalistləri və fəalları izləyən casus proqramı qalmaqalı ilə bağlı -DTX-dan AÇIQLAMA

Xüsusi xidmət orqanları siyasətçilərin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının telefonlarını izləmək üçün İsrailin NSO Group şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramından istifadə edib. Bu barədə OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu bildirir.

Yenixeber.org: Jurnalistlər konsorsiumunun araşdırması üzə çıxarıb ki,, “Pegasus” proqramı 2016-cı ildən etibarən hüquq-mühafizə orqanlarına, xüsusi xidmət orqanlarına və hərbi nazirliklərə satılıb. İnsan haqları müdafiəçiləri bu casus proqramı vasitəsilə dünyanın 50-ə yaxın ölkəsində 50 minə qədər adamın izlənildiyini müəyyən ediblər. İzlənilən nömrələrin əksəriyyəti Azərbaycanda, Qazaxıstanda, Meksikada, Macarıstanda, Hindistanda və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib.

“NSO Group “Pegasus” proqramını onlarla ölkəyə satıb. Əvvəllər “ayfon” istifadəçisi dinləmə altına düşmək üçün telefonuna atılmış linkə basmalı idi, indi isə bu tələb olunmur. Siz ümumiyyətlə heç nə etmirsiniz, telefonunuz masanın üstündə olur, amma istənilən vaxt onu “sındıra” və casus proqramını yükləyə bilərlər”, - dinlənilən telefonlardan birinin sahibi, Toronto Universiteti nəzdində Citizen Lab təşkilatının elmi əməkdaşı Bill Marşak bildirib.

“Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.

Casus proqramı “The Washington Post”un yazdığına görə, 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.

Azərbaycanda isə kimlərin telefonlarının izlənildiyini OCCRP bir gün əvvəl açıqlayıb. Jurnalist təşkilatı bildirir ki, Azərbaycandakı qurbanların siyahısı beynəlxalq insan haqları təşkilatlarından, o cümlədən “Amnesty İnternational”dan alınıb. Təşkilatın saytında telefonları dinlənilən 70-dən çox azərbaycanlı fəalın və jurnalistlərin siyahısı yerləşdirilib.

İyulun 19-da haqqin.az və virtualaz.org saytlarının redaksiyası adından bu məsələ ilə bağlı  Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib. DTX-nin yüksək rütbəli şəxsləri bu məlumatı qəti şəkildə təkzib ediblər və onu “təxribat” adlandırıblar. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna isə DTX-da belə deyiblər: “Əgər Azərbaycan xüsusi xidmət orqanları bu casus proqramının köməyi ilə telefonları izləyə bilirdisə nəyə görə izlənilənlər arasında Azərbaycanın həmin dövrdə müharibə apardığı Ermənistanın dövlət orqanlarının və hökumət üzvlərinin telefonları yoxdur?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam