Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb -Bakıda

Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

Polis əməkdaşları Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə nəzarət-profilaktik tədbirlər keçirib.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib.

Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub.

Paytaxt Bakı və bölgələrdə karantin qaydalarının pozulması hallarına qarşı polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam