Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Polis yeraltı keçidlərdə yerləşən obyektlərdə reyd keçirib -FOTOLAR

Polis əməkdaşları tərəfindən qapalı məkanlar və yeraltı piyada keçidlərindəki ticarət obyektlərində tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində təşkil edilib. Tədbir zamanı həmin ticarət mərkəzləri, yeraltı piyada keçidləri və digər obyektlərində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib.
Aparılan yoxlamalar zamanı bir neçə obyektdə və yeraltı keçidlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigeyenik qaydalara əməl olunmadığı aşkar edilib. Həmin obyektlər və tibbi maskadan istifadə etməyən şəxslər barəsində polislər tərəfindən inzibati protokollar tərtib edilib. Tədbir zamanı Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət mərkəzlərində sanitar-karantin qaydalarına əməl etməyən 20-yə yaxın şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, 42 nəfərə isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün polislər tərəfindən xəbərdarlıq olunub.
Qeyd edək ki, paytaxt ərazisində, o cümlədən bölgələrdə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam