Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

         Ağdaşda 50 toy mərasimində karantin qaydaları pozulub

 

 

         Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən karantin rejiminin tələblərinə riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  ötən ay şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən 50 toy mərasimində  qaydaların pozulduğu aşkarlanıb.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, rayonun bir neçə kəndində yerləşən 45 ünvanda keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb ki, həmin toy sahibləri barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi protokol tərtib olunaraq cərimələniblər.

         5 şadlıq sarayında təşkil edilən toy mərasimlərində isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, dəvət edilən qonaqların COVID pasportu olmaması, eləcə də 150 nəfərdən artıq olması  aşkarlanıb. Həmin obyekt sahibləri barəsində də qanunavericiliyə uyğun müvafiq tədbir görülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam