Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ağdaşda -2 şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib

 

 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında, eləcə də fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə,  yoxlamalar zamanı  “Ümid” şadlıq sarayındakı toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, “Səma” şadlıq sarayında isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.  Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Sabir Məmmədov və Arif Nəsibov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Ağdaş rayonunun bir neçə kəndində və şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən 7 toy mərasimində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Karantin rejiminin tələblərini pozan həmin toyların sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam