Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Pakistan Azərbaycana -Kəşmir məsələsindəki dəstəyə görə minnətdardır

Pakistan Azərbaycana Kəşmir məsələsindəki dəstəyə görə minnətdardır

"Pakistan Cammu və Kəşmir məsələsində tutduğu əsaslı mövqeyinə görə Azərbaycan hökumətinə minnətdardır".

Yenixeber.org: Bunu  Pakistanın ölkəmizdəki səfiri Bilal Haee bildirib.

Hazırda Cammu və Kəşmirin humanitar fəlakətlə üzləşdiyini dilə gətirən səfir ötən ay Xarici İşlər Nazirliyi tərəfindən bununla bağlı xüsusi dosye dərc edildiyini diqqətə çatdırıb.

Kəşmir probleminin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 11 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulayan Pakistan səfiri deyib ki, həmin sənədlər xalqın öz gələcəyini təyin etməsilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Onun fikrincə, BMT TŞ-nın daimi üzv ölkələri Hindistanın BMT-də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etməlidir.

Diplomatın sözlərinə görə, bu gün dünyanın ən sıx məskunlaşmaqla silahlandırılmış bölgəsi olan Cammu və Kəşmirdə 900 mindən artıq əsgər yerləşdirilib. Yəni hər 7 mülki sakinə 1 əsgər düşdüyü halda, hər 30 min sakinə 1 həkim düşür.

Qeyd edək ki, 1947-ci ildə Hindistanın Kəşmir bölgəsini işğal etdiyi 27 oktyabr tarixi hər il Pakistanda Kəşmirin Qara Günü kimi qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam