Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pakistan Azərbaycana təşəkkürünü bildirdi-RƏSMİ

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Cammu və Kəşmir məsələsində İslamabadın mövqeyini dəstəklədiyi üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) təşəkkürünü bildirib.
 Yenixeber.org: Pakistanlı nazir bu məsələyə dair İƏT-in siyasi bəyanatını həmin bölgədə insan haqlarının pozulmasının qarşısını almaq və problemin sülh yolu ilə həllinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirib. Qureyşi İƏT-in Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun səfirlər səviyyəsində keçirilən iclasına göndərdiyi videomesajda bildirib ki, Hindistan BMT-nin faktaraşdırıcı missiyası və İƏT İnsan Hüquqları Daimi Komissiyasının qətnamələrinə əməl etməlidir.

O, həmçinin İslam ölkələrinin münaqişənin sülh yolu ilə nizama salınmasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Nazir xatırladıb ki, ötən ilin noyabrında Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında Cammu və Kəşmir probleminin həlli üçün şuraya xüsusi mandat verilib.

Pakistanlı nazir Kontakt Qrupunun üzvləri olan Azərbaycan, Niger, Səudiyyə Ərəbistanı və Türkiyəyə Cammu-Kəşmir probleminin həllində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam